İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordu Günü Azərbaycana qarşı təxribat hazırlanır - cavabımız amansız olacaq!

1225 24.06.2023 08:44 Gündəm A A

İrəvan və Moskva situaitiv müttəfiqlər qismində; regional sülhə ən böyük təhlükə Ermənistanın çoxbaşlı oyunudur; hərbi ekspert: “Ermənilərə havadarlıq edənlər konkret tapşırıq veriblər ki...”

Ermənistan rəsmiləri sülhdən hamıdan çox danışsalar da, əslində onu uzaqlaşdırmaqla məşğuldurlar. Baş nazir Nikol Paşinyanın srağagünkü “Qarabağda etnik təmizləmə gözlənilir”, “Laçın dəhlizi qanunsuz bağlanıb”, “Beynəlxalq Ədalət Məhkəməsinin qərarı icra edilməlidir” kimi təxribatçı açıqlamalarına başqa ad tapmaq mümkünsüzdür. 

Beləcə, bu adam gah “sülh göyərçini” cildinə girir, gah da Bakı ilə barışıq ritorikasına və beynəlxalq hüquqa zidd absurd bəyanatlar səsləndirir. Axı Rusiya “sülhməramlı” kontingentin müvəqqəti nəzarət zonasında yaşayan bir ovuc erməniyə qarşı Azərbaycan necə “soyqırımı” planlaya bilər, əgər Bakı həmin əhalinin dinc və təhlükəsiz yaşaması, humanitar ehtiyaclarının təmin olunmasına hazır olduğunu vaxtaşırı bəyan edirsə?! Yetər ki, erməni icması dövlətimizin qanuni tələbini yerinə yetirsin.

Yeri gəlmişkən, “sülhpərvər” Paşinyan və komandası Qarabağdakı soydaşlarını bircə dəfə olsun, Bakının haqlı tələbini nəzərə almağa, re-inteqrasiyaya çağırıbmı? Çağırmayıb. Ərazi iddiası başqa necə olur ki?

Bu necə blokadadır ki, Azərbaycan dövləti erməni əhalinin və Rusiya hərbçilərinin ərzaq ehtiyaclarını təmin etmək istəyir? Deməli, İrəvanın hədəfi heç də erməni sakinlərin normal həyatı, Azərbaycan cəmiyyətinə inteqrasiyası deyil. Məqsəd ən müxtəlif bəhanələrlə sülh prosesini pozmaq, Bakı ilə anlaşma sənədi imzalamağı yubatmaqdır. Bu isə əlbəttə ki, ilk növbədə Rusiyaya əl verir. Görəsən “qərbçi” Paşinyan bunu anlamır?

Anlayırsa, nədən Moskvanın dəyirmanına su tökür? Niyə “Laçın” postunu atəşə tutanları cəzalandırmır ki, bir daha belə hal yaşanmasın, “blokada” olmasın, aparılan sülh prosesində böyük fasilələr yaranmasın?

Gerçək bundan ibarətdir ki, hazırda bölgədə sülh və sabitliyə ən böyük təhlükə məhz “qərbçi” Ermənistanla Rusiyanın situativ müttəfiqliyidir. Ümid edək ki, xüsusilə ABŞ-da bunu lazımınca ciddiyə alırlar və gərəkən kontr-tədbirlər görəcəklər...              

*****

“Ermənistanın Azərbaycanla hər hansı bir sənədi imzalamaq niyyəti yoxdur. Ona görə də təxribatlar baş verir və bundan sonra artan xətt üzrə davam edəcək”.

Bu sözləri Musavat.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun əminliyinə görə, Ermənistana havadarlıq edənlər konkret tapşırıq veriblər ki, tərəflər arasında Rusiyanın iradəsindən kənar hər hansı bir yaxınlaşmanın, razılaşmanın olmaması üçün maksimum çalışmalıdırlar.

“Moskvadan verilən tapşırıq belədir ki, maksimum gərginlik olsun, istəyirlər ki, açılan atəşlər nəticəsində ölən, yaralanan olsun, bundan sonra uzun müddətə durğunluq yaransın və tərəflər arasında hər hansı təmas olmasın. Bir neçə gün sonra (iyunun 26-sı - red.) Silahlı Qüvvələr Günü qeyd olunacaq. Ermənilər onlara çox acı tarix yaşatmış bir orduya qarşı müəyyən təxribatlar həyata keçirəcəklər. Bunu Müdafiə Nazirliyi də, Dövlət Sərhəd Xidməti də bilir”, - deyə o əlavə edib.

*****

“Bu gün Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağı ilə bağlı proqnoz vermək çətindir. Keçən il də gözləyirdik ki, ilin sonuna kimi sülh sazişi imzalanacaq. Sadəcə, hər dəfə Paşinyan hansısa bir hərəkət edir, daha sonra müəyyən bir müddət keçir və o gözləyir. Sözsüz ki, bu hərəkətləri, ”taktika"nı II Qarabağ müharibəsindən sonra müntəzəm olaraq müşahidə etmişik".

Bunu isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Teleqraf.com-a deyib.

Azerbaijan's next move will make or break Karabakh war - Asia Times

Onun fikrincə, görünən odur ki, yenidən belə bir məqam çatıb: “Mayda Paşinyan tərəfindən verilən bəyanatlar var. Həmin bəyanatlarda o, Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığını ifadə edirdi. İndi isə deyir ki, biz vaxt götürüb gözləyəcəyik. Çox güman ki, burada ona qarşı həm Ermənistan daxilindən, həm də kənardan müqavimət var”.

Politoloq hesab edir ki, Ermənistandakı düşüncə mərkəzlərinin mövqeyinə görə, Paşinyan məsələni bitirmək istəyir: “Ermənistan cəmiyyətindən ermənilər üçün Qarabağın bitmiş bir məsələ olması ilə bağlı mesajlar eşidilir. Amma eyni zamanda bir addım atıldığı təqdirdə Ermənistan rəsmiləri geri çəkilir. Ona görə belə vəziyyət yaranır”.

Analitikə görə, bütün bunların fonunda erməni tərəfi yenə iddia edir ki, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər: “Amma Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Nikol Paşinyan tərəfindən verilən iki açıqlamadan görünən odur ki, onlar imzalanacaq sülh sənədində Qarabağla bağlı maddələr əlavə etmək istəyirlər. Bunu da sözsüz ki, Azərbaycan qəbul etməyəcək. Belə olan halda isə qeyri-müəyyənlik və təxribatlar olacaq”.

*****

Öz növbəsində politoloq Yeganə Hacıyeva deyir ki, Ermənistan Azərbaycanla münasibətlərin korlanmasında özünə tərəfdaş axtarır. Lakin onun fikrincə, ən müxtəlif qüvvələrin Ermənistana cəlb olunması uzunmüddətli perspektivdə bu ölkənin mövcudluğunu sual altında qoyur: “Bu, Azərbaycan üçün, ümumilikdə region üçün risklər yaradır, bölgəni oda atır. Paşinyan özünü qorusun deyə, bütün regionu oda atmağa çalışır. Çünki bölgə Ermənistanın vecinə deyil. Ermənistanın bura bir bağlılığı yoxdur.

Azerbaijani Soldier Killed in Provocation by Illegal Armenian Gangs -  Caspian News

İndi Paşinyan Avropa Birliyini, ABŞ-ı, İranı, Fransanı, Rusiyanı ölkəyə dəvət edir. Bu konfiqurasiyada həm də bir sövdələşmə elementi var. Paşinyan bir-birinə zidd qüvvələr arasında “çarpaz balans” siyasəti yürütməyə çalışır. Ağlı başında olan adam bilir ki, bu qüvvələr arasında ortaq dil tapmaq mümkün deyil. Ermənistan isə hər birinə ayrı-ayrı sözlər verir, birinin yanında digərinin əleyhinə ifadələr işlədir. Pulu Avropa Birliyindən alır, müdafiə vədini Rusiyaya verir, İrana “siz də varsız” deyir və sair. Bütün bunlar Ermənistana yaxşı heç nə vəd etmir".

Politoloqa görə, bölgədə həmişə Ermənistandan istifadə edərək öz maraqlarını həyata keçirmək istəyənlər var: “Azərbaycana qarşı ərazi iddiası ümumerməni ideologiyasının nüvəsini təşkil edir. Bu zəhərli ideologiya onlara Azərbaycan ərazilərini tanımağa mane olur. Bu ideologiyanı onlara kənardan veriblər. Çünki xalqları dəyərləndiriblər və hesab ediblər ki, öz məqsədləri üçün yalnız onlar işləyə bilərlər, yalnız onlardan maraqlar üçün istifadə etmək olar. Əbəs yerə demirik ki, biz 44 günlük müharibədə təkcə Ermənistana qalib gəlməmişik, həm də ümumerməni ideologiyasını sındırmışıq. İndi bu xəstə təfəkkür dirəşməyə çalışır”.

Y.Hacıyevanın qənaətincə, bu, artıq sağalmayan xəstəlikdir. “Erməniləri bu zəhərli ideologiya və təffəkkürdən uzaqlaşdırmaq üçün Azərbaycanın atmalı olduğu sistemli addımlar var”, - deyə o əlavə edib.

Heç şübhəsiz, Azərbaycan qardaş Türkiyə ilə tandemdə “erməni xəstəliyi”nə qarşı “müalicəvi” addımlarını permanent şəkildə atacaq. Ta ki, haylar sağalınca və ağıllanınca...  

Analitik xidmət,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR