İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban: Ukrayna danışıqlardan imtina etsə, gələcəyin Əfqanıstanına çevriləcək

648 03.02.2025 16:16 Dünya A A

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Rusiya ilə danışıqlardan imtina etməsinin ağır nəticələrə səbəb ola biləcəyini bildirib.

“Bizə indi diplomatiya lazımdır”, – deyə siyasətçi vurğulayıb.

“Avropalılar hesab edirlər ki, danışıqlar aparmamaq mənəvi üstünlükdür. Bu, absurddur! Müharibə zamanı məhz danışıqlar aparmaq lazımdır! Əks halda, o, tam məhvə qədər davam edəcək və Ukrayna Avropa İttifaqının Əfqanıstanına çevriləcək”.

Musavat.com xəbər verir ki, Orbanın sözlərinə görə, Qərbin Kiyevi qalib gələcəyinə inandırması səhv idi.

“Əvvəldən aydın idi ki, Ukraynanın qələbəsi mümkünsüzdür – əgər biz total müharibəyə başlamasaq. Belə bir variant isə heç vaxt nəzərdən keçirilməyib. Bu gün biz yalnız atəşkəs və sülh yolu ilə Ukraynaya kömək edə bilərik”, – deyə Macarıstanın Baş naziri fikrini tamamlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR