İnsanlara hürriyət, millətlərə istiqlal!

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

1757 25.12.2019 15:43 Gündəm A A

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətində müsbət dinamika qalır.

Bu barədə “Turan” agentliyinə onun xanımı Füruzə Gülalıyeva bildirib.

F.Gülalıyevanın sözlərinə görə, bir həftədən çoxdur ki, həyat yoldaşının hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır.

“Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılması ehtimalı da artır, amma buna müəyyən zaman lazımdır”, - o bildirib.

Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb. Oktyabrın 30-da Bakıda onun üzərində neyrocərrahiyyə əməliyyatı aparılb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR