İnsanlara hürriyət, millətlərə istiqlal!

Oqtay Əsədov: “Günün birinci yarısında iclasa gələnlərin 30 faizi günün ikinci yarısında iclaslara qatılmır”

960 15.11.2018 13:50 Son xəbər A A

“Milli Məclisin İntizam Komissiyasının tərkibi ilə bağlı deputatların təklifinə baxılıb. Komissiyanın tərkibinin 9-dan 11 nəfərə çatdırılması qərara alınıb. İclasın baş tutması, yetərsay üçün 7 nəfərin iştirakı məqbul hesab edilib”.

 Bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı məlumat söylədi. Komitə rəhbəri deputatların iclaslarda ancaq Azərbaycan dilində çıxış etməsi təklifinə də toxunub: “Bu məsələ Konstitusiyamızda öz əksini tapıb. Yəni, başqa dillərdə danışmaq məsələsi orada istisna olunmur. Yəni, bu təklif məqbul sayılmayıb”.

 Deputat Fazil Mustafa İntizam Komissiyasının deputatlara təlimlər keçirməsini nəzərdə tutan maddəyə etiraz etdi: “İntizam Komissiyası nə təlim keçəcək deputata? Allaha şükür, hamısı savadlı, intellektli insanlardır”.

 F.Mustafa günün ikinci yarısında iclaslara qatıla bilməyənlərlə bağlı cəzalandırmadan danışarkən sədr reaksiya verdi.

 Spiker Oqtay Əsədov dedi ki, o, sədarətdə oturur və bütün zalı yaxşı görür: “Günün birinci yarısında iclasa gələnlərin 30 faizi günün ikinci yarısında iclaslara qatılmır. Adamlar var, bəzən görürsən aylardır yoxdurlar. Bir dəfə xəbərdarlıq edirsən, iki dəfə xəbərdarlıq edirsən, xeyri yoxdur”.

 E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR