İnsanlara hürriyət, millətlərə istiqlal!

Onun uşaqları atasız böyüyür... Culian Assanja ən yaxın iş yoldaşı DANIŞDI

452 06.05.2024 14:09 Gündəm A A

Culianın başına gələnlər çox dəhşətlidir. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə ədalətli mühakimə olunacağını, həmçinin onun barəsində çıxarılacaq hər hansı cəzanın ədalətli olacağını düşünmürəm.

Bu fikirləri araşdırmaçı jurnalist–yazıçı, Culian Assanja ən yaxın iş yoldaşı İain Overton AZƏRTAC-ın London bürosuna açıqlamasında səsləndirib.

O, Culian Assanjı 14 ildən çoxdur ki, tanıdığını bildirərək deyib:

“Mən onunla Londonda Paddinqtonda tanış olmuşam. O vaxt Culian Əfqanıstan müharibəsinə aid sənədləri yayırdı. Mən onunla İraq müharibəsi ilə bağlı sənədləri yaymaq üçün işləmişəm. Biz bütün beynəlxalq verilişlərə cavabdeh idik. Le Monde da daxil olmaqla, BBC, Əl-Cəzirə və digər telekanallar üçün filmlər çəkdik. Biz ABŞ ordusunun insan haqlarının dəfələrlə pozulması ilə bağlı reallıqları çatdırdıq, həmçinin İraq hərbçiləri tərəfindən insan hüquqlarının pozulmasını da. İraq müharibəsinin araşdırılması prosesində nəzarət məntəqələrində çoxlu sayda mülki vətəndaşın öldürülməsi və digər müharibə faciələri həqiqətən də ortaya çıxdı”.

Culianla həbsxanada görüşə bilmədiyini deyən İain Overton qeyd edir ki, hazırda onunla görüş çox məhdudlaşıb. Öncəlik ailəyə və yaxın dostlara verilir.

İain Overton Culian Assanjın məhkəmə prosesinin illərdir uzandığını da qeyd edərək bunu jurnalistikaya hücum adlandırıb.

“Culian Assanj jurnalistdir. O, dövlət sirlərini yaydığına görə ABŞ-a ekstradisiya edilərsə, başqa jurnalistlər də edilə bilər. Bu, mətbuat azadlığının kriminallaşdırılmasıdır. Onun başına gələnlər çox dəhşətlidir. Onun həyatı, sağlamlığı əlindən alınıb. Uşaqları atasız böyüyür. Bütün bunlar nə üçün yaşanır? Amerikanın hərbi sirlərini ifşa etdiyi üçün. Mənim işim hərbi sirləri ifşa etməkdir”, - deyə o bildirib.

Aytən Abbaslı
AZƏRTAC

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR