İnsanlara hürriyət, millətlərə istiqlal!

Onun həyatı bizim əlimizdədir

4780 22.02.2014 17:47 Son xəbər A A
Bu şəklidə gördüyünüz qızlar bir adamdır. İkinci şəkil xəstəliyindən sonradır. Nərmin Hüseynli xərçənglə mübarizə aparır. Xərçəngin artıq 4-cü mərhələsindədir.

Nərmin Hüseynli bir ildir ki, çarə arayır. Yaxınları ona səhv diaqnoz qoyulduğunu və yanlış müalicə nəticəsində əməliyyat  olunduğunu və beləcə, xəstəliyinin xərçəngə çevrildiyini iddia edirlər. Yaxınları bunu da deyirlər ki, qızın müalicəsi xaricdə mümkünmüş, sümük iliyi köçürülməliymiş. Amma buna vəsait tapa bilməyiblər. Nərminin boğazında şiş əmələ gəlib və zob diaqnozu ilə əməliyyat olunub. Amma məlum olub ki, şiş zobla əlaqəli deyil, limfa vəzlərində xərçəngdir. Əməliyyatdan sonra bütün bədənində şiş və səpkilər əmələ gəlib. Nərmin aparat vasitəsi ilə tənəffüs edir. Müalicə üçün 150.000 avro lazımdır. 


Mən sağalandan sonra uşaqlara kömək edərəm, lazım olanda qan verərəm

Bir neçə gün əvvəl “Youtube” saytında yayılan videogörüntüdə onkoloji xəstə olan 17 yaşlı Nərmin Hüseynli kömək umur, ”Sağalmağım üçün 150 min avro lazımdır, müalicəm xaricdədir” deyərək imdad diləyirdi. Bütün bunlara baxmayaraq o hələ də ümüdlüdür, və sağaldıqdan sonra başqa insanlara da yardım edəcəyini deyir: “Mən sağalandan sonra uşaqlara kömək edərəm, lazım olanda qan verərəm”.


Gənclər dəstək olmaq üçün çalışırlar

Nərmin üçün sosial şəbəkələrdə də yardım kompaniyaları keçirilir. Fəal gənclər Nərminə dəstək olmaq üçün əllərindən gələni edirlər. Nərminə yardım üçün teatrlar təşkil edirlər, kitab satışı keçirirlər. Bundan əlavə bir neçə şirkətlər də Nərminə dəstək olmaq üçün ianə toplayırlar.

Hər kəsdən xahiş edirəm ki, məni bacısız qoymasınlar

Nərminin bacısı durmadan çarə axtarır. Onun dediklərinə görə müalicə üçün bacısı Türkiyəyə getməlidir: “Bacımın müalicəsi Türkiyədə və Almaniyada var. Almaniya daha bahalıdır deyə, biz istəyirik ki, Nərmini Türkiyəyə aparaq. Amma müalicəsi üçün 150 min avro pul lazımdır. Dostlar sağ olsunlar toparlamağa çalışırlar. Amma bizim daha çox yardıma ehtiyyacımız var. Hər kəsdən xahiş edirəm ki, məni bacısız qoymasınılar”

“Facebook” sosial şəbəkəsində Nərmin üçün yardım səhifəsi yaradılıb. Onlar yardım üçün çağırış edirlər: “Hüseynli Nərmin 1 may tarixində yanlış diaqnoz qoyularaq, zob adıyla əməliyyat olunmuşdur. Sonradan bunun limfa vəzlərinin olduğu aşkarlanmış və xəstə 24 iyun tarixindən Milli Onkologiya Mərkəzində kimyəvi terapiya müalicəsinə başlamışdır. 7 kurs kimyaterapiyadan sonra 30 noyabr tarixində müalicəsi bitmiş və qismən sağalmışdı. Lakin yanvar ayında edilən analizlər göstərdi ki, xəstəlik onun sümük iliyinə keçmişdir. Hazırda yenə kimyaterapiya alır. Bu müalicə ərzində isə onda qan göstəriciləri kəskin aşağı düşür və nəticədə qanaxma qansızmalar baş verir. Müalicəsi Almaniya, Türkiyə və İsraildə aparılmalıdır. Çünki Nərminin sağlamlığına qovuşması üçün ona sümük iliyi köçürülməlidir. Bunun üçün araşdırmalara görə 150.000 avro pul tələb olunur. Ancaq ondan əvvəl burdakı müalicə bitməlidir və bunun üçün sizdən dəstək gözləyirik.Təşəkkürlər”.

Maddi cəhətdən aşağıdakı hesab nömrəsiylə yardım edə bilərsiniz.
Benefisiarın adı: Hüseynli Nərmin
Bankın adı: Azərbaycan Beynəlxalq Bankı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR