Filippində yaşayan bu şəxs oğurluğun yeni növünü ortaya qoyub. O, kiminsə cibinə girib oğurluq etmir. 55 yaşlı Angelito Oreta adlı bu şəxs məzarlıqlara gedərək yeni dəfn edilmiş insanların diz qapaqlarını oğurlayır.
Yaşadığı qəsəbədə təbii otlarla dərman hazırlayaraq həkim kimi tanınan Angelito məzarlıqlarda oğurladığı insan cəsədlərinin diz qapaqlarının ona uğur gətirdiyini deyir. O, məzarlıqları açaraq xüsusi istifadə etdiyi iti bıçaqlarla cəsədlərin diz qapaqlarını kəsdiyini bildirib.
Daha sonra sümüyün dəridən ayrılması üçün kəsdiyi diz qapaqlarını hind qozunun yağında bir neçə gün saxlayır. Ən sonda diz qapağını dəridən ayıraraq evin müxtəlif yerlərinə qoyur. Hətta bəzilərini ona uğur gətirir deyə üzərində daşıyır.

Angelitoya inanan insanlar da bu diz qapaqlarının “qoruyucu mələk” rolu oynadığına inanır. 55 yaşlı həkim əldə etdiyi bu parçalardan heç bir gəlir götürmür. O, bu diz qapağı parçalarından ona inanan insanlara və yaxın dostlarına da hədiyyə olaraq verir.
Angelito bunları edərkən həmin ölülər üçün dualar etdiyini də deyir.
O, məzarlıqlardan oğurladığı diz qapaqları haqqında bunları deyib: “Diz qapaqları yavər kimidir, pisliklərə qarşı qalxandır. Evlərinizi və sizləri zərərli şəxslərdən qoruyar. Bu diz qapaqları tilsim və ya cadu deyil. Bunu anlamaq və dua etməyi bacarmaq lazımdır. Bu qoruyucu mələklərin sayəsində işləriniz maddi durumunuz da yaxşılaşa bilər. Lakin bu sayədə əldə etdiyiniz hər şeyi yaxşıya doğru istifadə etməyiniz çox vacib məsələdir. Dizlərini çıxardığım cəsədlər mənim qohum-əqrabam deyil. Lakin mən onlara dua edirəm. Onların ruhu mənim ailəmi qoruya bilər”.
Turan Oruc,
Musavat.com










