İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar həmin puldan, hədiyyələrdən məhrum olublar, ona görə də...” – Fazil Mustafadan ŞOK AÇIQLAMALAR

2482 17.02.2024 22:52 Gündəm A A

“Prezident İlham Əliyev andiçmə mərasimində ağırlıqlı olaraq xarici və daxili siyasətin bütün istiqamətlərinə toxundu. Bilərəkdən vasitəçilik və danışıqlar prosesi ilə bağlı məsələni sonuncu məsələ kimi diqqətə çatdırdı”.

ANDİ EN SON.jpg (78 KB)

Bu fikirləri Musavat.com-a millət vəkili Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, Prezident vurğulayıb ki, bu məsələ əslində bizim üçün böyük əhəmiyyəti olmayan və başqalarının maraqlanmayacağı bir məsələdir:

“Bu, bizimlə Ermənistan arasında olan münasibətdir və bunun beynəlxalq məsələ kimi artıq kiminsə müzakirə etməsinin bir mənası yoxdur. Ona görə də biz danışıqlar prosesini vasitəçilərsiz aparmaq istəyirik. Hər hansı bir şəkildə danışıqlar prosesində bizim qoyduğumuz şərtlərə əməl olunması ilə biz ancaq bu prosesin irəliləməsinə müəyyən dərəcədə razılıq verə bilərik. Çünki biz 5 bənddən ibarət təklifimizi vermişik və bəndlər də kifayət qədər optimal vəziyyəti ifadə edir. Bu məsələdə mütləq müvafiq addımlar Ermənistan tərəfindən atılmalıdır. Ermənistan artıq başqalarından məsləhət alaraq davranmamalıdır, özünün maraqlarını əsas götürərək Azərbaycanla birbaşa danışıqlara getməlidir.

Danışıqlardan da öncə üçtərəfli bəyanatda nəzərdə tutulan müddəaları yerinə yetirməlidir. Çünki danışıqlar təməlsiz əsasda aparılmır. Üçtərəfli bəyanat var və orada da yolların, kommunikasiya xətlərinin açılması məsələsi birmənalı şəkildə qoyulub, Ermənistan altına imza atıb. Prezidentin daha çox diqqət yönəltdiyi məsələ bunun üzərində idi. Həm üçtərəfli bəyanat, həm vasitəçilərsiz danışıqlar, həm də verilən şərtlər əsasında müqavilənin imzalanması istiqamətində müzakirələr. Belə istiqamətlərdə müzakirələr gedib və hesab edirəm ki, danışıqlarda da məhz bunlara əməl olunacaq”.

SULHAM.jpg (98 KB)

Fazil Mustafa vurğulayıb ki, Prezident İlham Əliyev ATƏT-in sədri İan Borqla görüşündə təşkilatın fəaliyyəti ilə bağlı məqamlara çox incə bir metodla toxunub:

“Birmənalı şəkildə göstərib ki, baş verən proseslər əsasən nə ilə bağlıdır. ATƏT-in Minsk qrupunun fəaliyyəti tamamilə turist fəaliyyəti olub. Bu, ATƏT-in vəsaitlərini xərcləmə niyyəti ilə həyata keçirilib. Bu istiqamətdə hər hansı bir irəliləyiş əldə olunmayıb. Çünki onların məqsədləri məhz gəlib gəzib, özlərinə aid məsələləri həll etmək idi. Bu da ATƏT-in Minsk qrupunun fəaliyyətinin nə qədər zərərli olduğunu göstərir. Bunun da bölgədə olan proseslərə hansısa bir təsir göstərməməsi indidən düşünülməlidir və ATƏT-in strukturlarında bu məsələyə bir daha diqqətlə baxılmalıdır. ATƏT-in şəxsi nümayəndəsinin - Kasparşik və başqalarının da fəaliyyəti mənasız olub. Gəlib dincəlib, geri qayıdıb. Ona görə də ATƏT-in özündə də müəyyən islahatların aparılması vacibdir. Əks halda bu prosesi sağlam şəkildə tənzimləmək mümkün olmayacaq. Çünki bu qurum özünü daha çox nüfuzdan salacaq. Bu baxımdan Prezident məsələnin üzərində əslində ironiya ilə həm də ATƏT-in özünün təkmilləşməsinin vacibliyini diqqət mərkəzinə gətirib”.

BORQİM.jpg (121 KB)

Millət vəkili hesab edir ki, ATƏT-in Minsk qrupunun xüsusilə Qarabağ işğaldan azad olunandan sonrakı dövrdə hansısa bir şəkildə özünü bu vəziyyətə qatmaq istəməyi başqa bir sualın cavabını verməyi tələb edir:

“30 il ərzində heç bir məsələni həll etmədən ermənilərin xeyrinə çalışaraq hansısa bir faktaraşdırıcı missiyanın burada olan prosesləri tənzimləməsini təmin etmədən, siyasi qərarların alınmasında da hansısa müsbət bir addımı olmadan Qarabağ azad olunandan sonra özünün fəaliyyətsizliyini ört-basdır edərək yenidən vasitəçiliyini təklif etməsi sadəcə gülüş doğurur. Prezident o vaxtlar da bunu vurğuladı ki, Qarabağ özümüz tərəfindən azad olunub, prosesi biz özümüz tənzimləmişik. Hər hansı bir şəkildə artıq sizin tənzimləmənizə ehtiyac qalmır. Status-kvonun qorunması üçün onlar bütün səylərini ortaya qoydular. Çalışdılar ki, vəziyyət dəyişməsin. Çünki vəziyyətin dəyişməməsi həm də onlara ATƏT-in vəsaitlərini istədikləri yerə xərcləmək imkanı yaradırdı. Bu gün onlar artıq bu puldan, imkandan, hədiyyələrdən məhrum olublar. Çünki erməni tərəfi o vaxt onların müəyyən bəyanatlar verməsi üçün hədiyyələr də verirdi. Prezidentin bütün bunları dilə gətirməsi əslində gələcəkdə bu kimi məsələlər ortaya çıxanda bu qurumların real fəaliyyətinin tanınması istiqamətində bir rəyin formalaşmasıdır. Yəni bu, təkcə keçmiş məsələyə işıq tutmaq deyil, gələcəkdə belə qurumların mənasız fəaliyyətinə münasibətin ortaya qoyulmasıdır. Bu, həm də məqsədyönlü xarakter daşıyır. Çünki Azərbaycan həm də göstərir ki, sizin qarışmadığınız hansısa problem varsa, özlüyündən həll oluna bilər. Amma ATƏT, beynəlxalq təşkilatlar qarışırsa, problemi mürəkkəbləşdirirlər, məsələni həll etmək mümkün olmur”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR