İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar bütün dövrlərdə öz ağalarını satıblar” - Politoloqdan ŞOK açıqlamalar

693 20.06.2023 17:40 Siyasət A A

“Son zamanlar Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi formalaşdırılıb və bunun belə olmasında hakimiyyətin özü də maraqlıdır”.

Bunu Musavat.com-a açıqlamasında politoloq Qafar Çaxmaqlı deyib.

Ekspertin sözlərinə görə, Ermənistanda belə hesab edirlər ki, Rusiya Ukraynaya qarşı apardığı savaş ucbatından bölgədə get-gedə zəifləyir və onun üzərinə getməklə Qərbdən təqdir alacaqlar: “Siyasəti də bunun üzərində qurublar. Yalnız Həkəri çayı üzərindəki körpüdə bayrağımızın guya rusların yardımı ilə ucaldılması məsələsi deyil. Dövlət başçısının dilindən səsləndirilən KTMT ilə bağlı fikirlər, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası ilə bağlı, Ermənistan sərhədlərindəki Rusiya birlikləri ilə bağlı tələblər də Rusiya-Ermənistan münasibətlərini gərginləşdirən amillərdir və Ermənistan buna bilərək gedir. Çünki artıq özünə başqa havadarlar axtarışı yoluna qədəm qoyublar. Ermənistanın müdafiə naziri Papikyan Fransaya səfər edərək ölkəsi üçün yeni silahlar almaq anlaşmasına qədər gedirlər”.

Qafar Çaxmaqlı hesab edir ki, bütün bunlar Rusiyanı narahat etməyə bilməz: “Rusiyanın rəsmi dairələri Ermənistanın Qərbin apardığı anti-Rusiya blokunda yer alacağını anlamaqdadırlar. Bir neçə ay əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini Parlamentə göndərmək və ratifikasiya etməyə cəsarət etmirdisə, bu gün onu təsdiqlətmək üçün Məclisə göndərir. Səbəb yenə Qərbin xoşuna gəlmək və hardasa Rusiyaya onunla müttəfiqlik anlaşmasını xatırlatmaqdır. Nə Putin Ermənistana gələcək, nə də Ermənistan Roma statutuna görə onu həbs edə biləcək, Azərbaycanla bağlı da Roma Əsasnaməsinin təsdiqlənməsi Ermənistana heç bir üstün durum vəd etmir, sadəcə olaraq Paşinyan və onun komandası oyun oynayır”.

Politoloq qeyd edib ki, Ermənistan Rusiyanın bölgədə zəifləməsi və Qərbin onu bölgədən çıxarmaq kimi planına dəstək görüntüsü vermək istəyir: “Amma Ermənistan bu siyasətini davam etdirərsə, Rusiyanın qəzəbinə məruz qala bilər. Rusiyanın Ermənistanı ram etmək üçün əlində kifayət qədər rıçaqları var. Bu ölkənin iqtisadiyyatı, enerji, dəmiryolu sektoru Rusiyanın əlindədir, başqa cür ifadə etsək, Ermənistan Rusiyanın mülkiyyətidir, onunla istədiyi kimi rəftar etmək gücü də var. Siyasi olaraq da Rusiya Ermənistandadır, ermənilərin özləri də etiraf edirlər ki, 5-ci kolon burada heç bir ölkədə olmadığı qədər təsirli gücə malikdir. Amma xəyanətin bu xalqın mayasında olduğunu ruslar da yaxşı bilirlər. Onlar bütün dövrlərdə, bütün imperiyaların zamanında öz himayədarlarını, ağalarını satıblar”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR