İnsanlara hürriyət, millətlərə istiqlal!

ÖMÜRLÜK MƏHBUSLAR PREZİDENTƏ TƏŞƏKKÜR ETDİ

1924 25.09.2012 09:38 Ölkə A A
“Hörmətli prezident! Xalqımızın sevincinə qoşulur, Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş zabit Ramil Səfərovu əfv etdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Bu xeyirxah və qətiyyətli addımınız bir daha sübut etdi ki, təməli mərhum prezidentimiz Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlətimizin sükanı əmin əllərdədir”.
Əli Quliyev Ramil Səfərovun əfv edilməsinin vaxtilə ölüm cəzasına məhkum olunmuş ömürlük məhbusların qəlbində ümid işığı yaratdığını qeyd edir. 1998-ci ildə Azərbaycanda ölüm cəzasının Heydər Əliyevin şəxsi təşəbbüsü ilə ləğv olunduğunu xatırladan məhbus yazır: “Ümummilli liderimiz həmin ərəfədə ölüm cəzası altında olan 128 nəfər barəsində demişdi: ”Ölüm hökmünə məhkum olunmuş insanların cəzası müvafiq qaydada uzunmüddətli cəzalarla əvəzlənə bilər". Çox təəssüflər olsun ki, prezidentimizin dünyasını dəyişməsi barəmizdə başladığı işi yarımçıq qoydu.
Hörmətli prezident! Vaxtilə ölüm cəzasına məhkum olunmuş 128 nəfərdən hazırda cəmi 78-i cəza çəkir. Onların bir çoxu xəstədir. Bir neçəsinin yaşı 70-i ötüb, hətta 80 yaşı haqlayanlar var. Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi sizdən çox xahiş edirik ki, konstitusiya ilə verilmiş müstəsna hüququnuzdan istifadə edib bizi də əfv edəsiniz. Ümid edirik ki, mərhum atanızın bizimlə əlaqədar başladığı işi məhz siz tamamlayacaqsınız".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR