ABŞ məhkəməsində ömürlük həbsə məhkum olunan Syntoya Borvn bu gün azadlığa çıxdı. Belə ki, artıq 15 ildir ki, adam öldürməyə görə həbsdə yatan 31 yaşlı gənc qadın Tenesse əyalətində sərbəst buraxılıb.
Qeyd edək ki, dünya mətbuatının yaxından izlədiyi bu məhkəməni dünyaca məşhurlar da izləyib. Brovun başına gələn olaylar barəsində hətta kiçik film də hazırlanıb.
Məlumatlarda bildirilir ki, Syntoya Borvn uşaq olarkən anasının içki və narkotik düşkünü olduğu üçün övladlığa verilib. Lakin təzyiqlərə dözməyərək evdən qaçan Syntoya Borvn pul qarşılığında qızları satan qadın alverçisinin cənginə düşüb.
Hələ 14 yaşında pul qarşılığında 43 yaşlı Conni Alle ilə münasibətdə olub və bir müddət sonra onunla birgə yaşamağa başlayıb. Lakin bir müddət sonra azyaşlı qız Connini öldürüb.
2004-cü ildə həbs olunan qız kişinin onunla kölə kimi davrandığını və üzərində silah olduğu üçün onu öldürdüyünü desə də, məhkəmə hadisə zamanı Conninin yatdığını və qızın onu öldürərək, pullarını da götürüb aradan çıxdığını sübut edərək, 2006-cı ildə 16 yaşında olarkən ömürlük həbsə məhkum edib.
Brovn həbs müddətində litseyə daxil olaraq, oranı bitirib. Bundan sonra isə sosial media üzərindən günahsız olduğu ilə bağlı hər kəsə çağırışlar edib. Onun çağırışına çoxlu sayda izləyicilər və hətta məşhurlar, o cümlədən Kim Kardaşyan, dünya ulduzu Şakira da qoşulub. Bununla da qızın azadlığa çıxması üçün böyük bir kampaniya başladılıb və hətta bu sırada onun başına gələnlər barəsində sənədli film də hazırlanıb.
Bütün bunların sayəsində məhkəmənin qərarı ilə artıq 31 yaşına çatmış Brovn azadlığa çıxıb. Azadlığa çıxan qız “Bütün başıma gələn olaylar zamanı Tanrım yanımda idi və həmişə mənə dəstək oldu” - deyə açıqlama verib.
Brovn həmçinin bundan sonra özünə iş tapıb, normal həyata başlayacağını, həmçinin həbsdə olan digər qadınların da azadlığa çıxması üçün dəstək verəcəyini deyib.
Xalidə,
Musavat.com






