İnsanlara hürriyət, millətlərə istiqlal!

Ömrünün laçın çağında Laçında şəhid olan Davud müəllim: 29 il sonra ruhuna salam! - Təsirli film

1486 11.10.2021 16:39 Yaxın tarix A A

 

"Yeni Müsavat" Media Qrupun əməkdaşları Laçın rayonuna səfər zamanı təsirli qısa bir film hazırlayıb. Musavat.com həmin videomaterialı təqdim edir:

**

Laçınımızdayıq. İşğaldan azad olunan doğma, füsunkar diyarımızda.

1992-ci ildə işğal olunan Laçının bir hissəsi İkinci Qarabağ Müharibəsində - 44 günlük savaşda döyüş yolu ilə düşməndən alındı. Qalan hissəsini isə mənfur düşmən 10 noyabr bəyanatına uyğun olaraq geri qaytarmağa məcbur oldu.

İkinci Qarabağ Savaşı ilə yanaşı, Birinci Qarabağ savaşında da Laçında gedən döyüşlərdə xeyli sayda igidimiz qəhrəmanlıq göstərərək, Şəhidlik Zirvəsinə yüksəlib.
Onlardan biri də 1959-cu il fevralın 22-də Göyçay rayon Potu kəndində anadan olmuş Davud Əhməd oğlu Əzizovdur.
Əvəzsiz müəllimlərindən idi Davud Əzizov. Göyçayda sayılıb-seçilən, hamının sevimlisi idi. İdman ustası idi.
1992-ci ildə Azərbaycanlıların soyqırımından - Xocalı faciəsindən dərhal sonra könüllü olaraq cəbhəyə yollandı.
Batalyon komandirinin müavini, bölmə komandiri olan kapitan Davud Əzizov Ağdərə, Füzulu, Goranboyda gedən ən çətin döyüş əməliyyatlarında böyük şücaətlər göstərib. Döyüş zonasında ona "Qoca qartal” ləqəbi verilmişdi.
1992-ci il oktyabrın 8-də Laçın ərazisində - Zerti kəndi, Laçındağ yüksəkliyi yaxınlığında gedən döyüşlərdə ağır yaralanır. Biz bu xəbəri yalnız bir gün sonra bildik: Aldığı güllə yarasından oktyabrın 9-da şəhid olanda...

Xeyli illər öncə xəyalımdan keçmişdi ki, Allah qismət edə, bir gün sevimli, Davud müəllimin ömrünün laçın çağında şəhid olduğu şəhid olduğu Laçına gedə, orada ruhunu salamlaya biləm.

Qismətə bax, 29 il sonra məhz 10 oktyabrda – Davud müəllimin şəhid olub torpağa tapşırıldığı gündə ilk dəfə ayaq basdım və onu orada salamladıq, ruhuna dualar oxuduq:


Müəllif Elşad MƏMMƏDLİ,

Operator və montaj Elçin Əkbər

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR