İnsanlara hürriyət, millətlərə istiqlal!

OMON-un keçmiş komandiri Heydər Əliyevlə görüşündən və Rövşən Cavadovun ölümündən danışdı

16027 17.01.2015 03:33 Gündəm A A



Xüsusi Təyinatlı Polis Dəstəsinin keçmiş komandiri Nizami Şahmuradov 1995-ci ilin martında baş verənlərdən danışıb. Musavat.com xəbər verir ki, o, Haqqin.az saytına müsahibəsində qanlı toqquşmadan bir qədər əvvəl Prezident Aparatında olduğunu deyib: “Prezidentin kabinetində Heydər Əliyevin özü, İlham Əliyev, Akif Muradverdiyev, Bəylər Əyyubov və başqaları var idi. Orada razılaşdıq ki, OMON silahı yerə qoyur və onun əsasında OMON Veteranları İttifaqı yaradılır. İlham Əliyev və mən kabinetdən çıxdıq. Yolda İlham Əliyevdən xahiş etdim ki, qarşıdurmanın dinc yolla həlli üçün Heydər Əliyevlə bir faha danışsın. Mən ümid edirdim ki, döyüşçülərimiz silahı yerə qoyacaqlar. Amma gecə atışma başladı, qan tökülməsini dayandırmaq mümkün deyildi”.

Nizami Şahmuradov Rövşən Cavadovun ölümü ilə bağlı şübhəli iddialara da cavab verib: “Bunlar axmaq söhbətlərdir. Güllə Rövşənin arterial venasına dəymişdi. O, dərhal komaya düşdü. Uşaqlar danlşırdılar ki, qanaxmanı heç cür dayandıra bilməyiblər”. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR