İnsanlara hürriyət, millətlərə istiqlal!

OMBUDSMAN RƏBİYYƏT ASLANOVA OLACAQ

2197 15.05.2009 12:17 Siyasət A A
Bəs ombudsman postunu kim tutacaq? Bu sual hələlik açıq qalır. Hazırda bu posta iddialılar sırasında daha çox millət vəkilləri Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Gültəkin Hacıyeva və hüquq müdafiəçisi Çingiz Qənizadənin adı hallanır. Amma «Ombudsman haqqında» qanuna görə, millət vəkili statusunda olan şəxslər insan haqları müvəkkili seçilə bilməz. Yəni bu şəxslər ilk olaraq deputat mandatından imtina etməlidir.
Eyni zamanda, bu postu bitərəf, siyasi mənsubiyyəti olmayan və insan haqları sahəsində uzun illər işləyən mütəxəssis tutmalıdır. Ombudsman olmağa namizədlər arasında Müstəqil Hüquqşünaslar Mərkəzinin rəhbəri Aydın Kərimovun da adı çəkilir. Xatırladaq ki, A.Kərimov AXC hakimiyyəti dövründə ədliyyə nazirinin müavini vəzifəsini tutub, sonralar vəkil kimi fəaliyyət göstərib, eks-prezident Əbülfəz Elçibəyin vəkili olub. Hazırda Ombudsman Aparatı Ekspertlər Şurasının sədridir.
A.Kərimovla yanaşı, təhsil nazirinin müavini, YAP Qadınlar Şurasının rəhbərliyində təmsil olunan İradə Hüseynovanın, Prezident Katibliyinin rəhbəri Dilarə Seyidzadənin də adı ombudsmanlığa namizədlər arasında çəkilir. Amma hakimiyyətin namizədlər arasında daha çox Rəbiyyət Aslanovanın üzərində dayandığı bildirilir.
Ombudsman təyinatı ilə bağlı prosedur o qədər də mürəkkəb deyil. “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” qanuna əsasən, ölkə prezidenti Milli Məclisə 3 namizəd təqdim edir və Milli Məclis onların arasından birini 83 səs çoxluğu ilə müvəkkil seçir.
Müvəkkil siyasi fəaliyyətlə məşğul ola və heç bir siyasi partiyanın üzvü ola bilməz, habelə hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Milli Məclis müvəkkilin seçilməsi ilə bağlı qərarı qəbul etmədikdə ölkə prezidenti 15 gün müddətində digər 3 şəxsin namizədliyini Milli Məclisə təqdim edir.
Müvəkkil yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik, Azərbaycan Respublikasının vətəndaşı olan, 7 il müddətinə seçilən şəxsdir. Eyni şəxs müvəkkil vəzifəsinə yalnız bir dəfə seçilir.
Qəzet çapa hazırlanarkən aldığımız məlumata görə, R.Aslanovanın ombudsman olacağı qətiləşib. R.Aslanova hətta öz komandasını da formalaşdırmağa başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR