İnsanlara hürriyət, millətlərə istiqlal!

Ombudsman Aparatı Rəşad Ramazanovun Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyir

514 20.05.2013 17:19 Son xəbər A A

Rəşad Ramazanovu (Rəşad Həqiqət Ağəddin) mayın 9-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb. Bloqçu haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Mayın 17-də vəkil Aslan İsmayılov Rəşada saxlanıldığı idarədə işgəncələr verildiyini bəyan edib.

Mayın 20-də “Media forum”a danışan Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov deyib: “Daxili İşlər Nazirliyi Rəşad Ramazanova işgəncə verilməsini təkzib edir. Buna baxmayaraq, mayın 21-i, ya 22-də Rəşad Ramazanovla görüşməyə çalışacağıq. Əgər ehtiyac olsa, onun tibbi ekspertizadan keçirilməsi üçün də müraciət edəcəyik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR