İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü məhkəmə zalında həbs edilib

1264 02.06.2015 17:43 Ölkə A A
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Orxan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə O. Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O. Həsənov məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Orxan Həsənov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR