İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölüm xəbəri yayılan Kadırov VİDEO yaydı: “Həqiqəti yalandan ayıra bilməyənlər...”

2263 17.09.2023 19:09 Son xəbər A A

Çeçenistan rəhbəri Ramzan Kadırov gəzintidən video yayımlayıb. O, xəstəliyi və ölümü ilə bağlı şayiələrə cavab verib.

Musavat.com “Rambler”ə istinadən xəbər verir ki, Kadırov bu barədə deyib:

“İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı şiddətlə tövsiyə edirəm. Yağış heyrətamiz dərəcədə canlandırıcıdır”.

Qeyd edək ki, son iki gündə Rusiyadan kənarda yerləşən bir sıra xarici agentliklərdə məlumat yayılıb ki, Çeçenistan rəhbəri guya böyrək problemi ilə bağlı müalicə aldığı xəstəxanadadır. Hətta onun komada olduğunu deyənlər də vardı.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR