Ölüləri canlandıracaqlar
İngiltərənin Teesside Universitetində çalışan Simon Mckeovn qarşıdakı 50 il ərzində ölən insanları internetdə 3D halında canlandıracaqlarını iddia edib. İrlandiyalı alim xəritəçəkmə sahəsində istifadə edilən fotogrametria texnikası vasitəsilə həyatı itirmiş insanları sosial mediada paylaşdıqları şəkil, video və səslər vasitəsilə canlandıra biləcəklərini deyiblər. Çexiyadakı “Yeni bir dünya” sərgisində çıxış edən Mckeovn “gələcəkdə xatirələrimizi yenidən canlandıra biləcəyik. Bu texnologiyanın köməyi ilə sevdiklərimiz heç vaxt ölməyəcək”, - deyə açıqlama verib.






