ÖLÜLƏR ÜÇÜN ƏDLİYYƏ
Bugünkü mövzum isə təkcə ölülərlə bağlı deyil. Ölkə hüquq-mühafizə sistemindəki dərəbəylik haqda yazmaq istəyirəm.
Avqustun 22-də Biləcəri Elektrik İdarəsinin rəisini evində 71 bıçaq zərbəsi ilə öldürdülər. Qatillərdən biri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təlim Mərkəzində baş növbətçi, ədliyyə mayoru Habil Bayramov idi.
İndi özünüz fikirləşin: ədliyyə sistemində mayor rütbəsi qazanmış bir şəxsin 71 bıçaq zərbəsi ilə, ilkin versiyaya görə tamah məqsədiylə adam öldürməsi bu sistemin necə manyaklar yetişdirdiyini bir daha göstərmirmi? “Penitensiar Xidmət” ifadəsi bir az təzə olduğundan camaat bunun anlamını hələ tam bilmir, ona görə aydın yazaq - bu idarə qazamatlara baxan idarədir. Hər il ölkə qazamatlarında nə qədər dustaq intihar edir, nahaq ittihamlarla üzləşir, işgəncələrə məruz qalır. Bunları elə həmin “Habil Bayramovlar” etmirmi? Qoy ədliyyə naziri Fikrət Məmmədov papağını qabağına qoyub düşünsün: əgər onun təlim mərkəzində belə mayorlar xidmət edirsə, təlim görməmişləri nə kökdədir? İnsanlar dövlət xidmətlərinə bacarıqlarına görə yox, rüşvətlə, tanışlıq və qohumluq əlaqələrinə görə götürüləndə axırı belə olur.
Yeri gəlmişkən, həmin qətl hadisəsi vaxtı lent.az maraqlı bir detalı qeyd eləmişdi, bu detal qətlin ikinci iştirakçısı Faiq Yəhyayev haqda idi və nədənsə diqqətdən kənarda qaldı. Halbuki, həmin detal böyük biabırçılıqdan xəbər verirdi. Sitat: “Qonşuların sözlərinə görə, Faiq Yəhyayevi Habil Bayramov özünün işlədiyi yerdən götürüb. Onu içəridən çıxararaq, görəcəyi işdə kömək etməsi üçün istifadə edib”.
Prokurorluğun açıqlamasında Yəhyayevin işsiz olduğu yazılmışdı, məntiqlə onun da “ədliyyə işçisi” olduğunu güman edə bilmərik. Qalır qonşuların sözlərindəki “içəridən çıxarıb” ifadəsi. Belə çıxır ki, Yəhyayev penitensiar xidmətdə hansısa zonda cəza çəkirmiş. Qabaqlar mətbuat dustaqların qanunsuz və gizli çıxarılıb, onlardan cinayət işlərində istifadə edilməsindən çox yazıb. Bu da həmin faktlardan biridirmi?
Əlbəttə, ədalət olmayan ölkədə Ədliyyə Nazirliyindən ağlabatan cavab gözləmirik. Ona qalsa ortada daha böyük yalan var. Neft Akademiyasında terrora görə məhkəmənin necə qanunsuzluqlarla keçirildiyini gördük. Hakimiyyət iddia edirdi ki, bu cinayətin sifarişçisi Mardun Qumaşyan adlı Gürcüstan ermənisidir. Ancaq Qumaşyan Gürcüstanda öz kəndində çörək satır. İndi hakimiyyət nümayəndələri bir-birini təkzib edən bəyanatlar verirlər. Biri deyir Qumaşyanı İnterpol xəttiylə axtarışa vermişik, başqası terror hadisəsi üzrə cinayət işində axtarışda heç kəsin qalmadığını, canilərin hamısının tutulduğunu söyləyir. Əsl dəlixanadır. Üstəlik, bu Qumaşyan necə “axtarılır” ki, müxbirimiz Tofiq Yaqublu onun video-intervüsünü alıb gətirmişdi? Bəlkə Qumaşyan iki dənədir? Biri kənddə çörək satır, o biri axtarılır...
Çəpgözlər hakimiyyətə gələndə belə işlər olur. Qəbirləri isə dağıtmayın, onlar həm də sizin qəbirlərinizdir - Con Donn demişkən.