İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkənin güc nazirliklərinin və xüsusi xidmət oraqanlarının rəhbər heyəti Fazil Mustafanın evindədir - SON DƏQİQƏ FOTO VİDEO

2156 28.03.2023 23:39 Son xəbər A A

Musavat.com xəbər verir ki, hazırda ölkənin güc nazirliklərinin və xüsusi xidmət oraqanlarının rəhbər heyəti Fazil Mustafanın evindədir. Bu barədə hadisə yerindəolan müxbirimizə Fazil Mustafanın yaxın dostlarlandan biri məlumat verib. O, deyib ki, hazırda istintaq hərəkətləri aparılır, gilizlər toplanır, millət vəkilinin dəlik - deşik olmuş avtomobilinə baxış keçirilir.

Qeyd edək ki,Fazil Mustafa avtomobilini özü idarə edir, mühafizəçisi yoxdur. O, həmişəki kimi maşını ilə öz evinə yaxınlaşmış, bu zaman avtomat silahdan düzünə qəsdlə ona atəş açılıb. Nəticədə deputat iki yerindən yaralanıb.

Sizə Fazil Mustafanın evinin qarşısından görüntüləri təqdim edirik.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR