İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda çəkisi 2 kiloqram olan limon yetişdirilir - video

1874 15.01.2016 12:32 Ölkə A A
Tovuzda Hindistan növü limon yetişdirilir. 

Region TV-nin xəbərinə görə, bu ağac 150 kiloqramadək məhsul verir. Meyvəsinin 1 ədədinin çəkisi isə 1-2 kiloqramdır. 

Görünüşünə görə cənub zonasında yetişdirilən subtropik bitkidən fərqlənən bu limonu Tovuzun Əyyublu kəndində becərirlər. Kənd sakini Cahangir Sadıqov ağacın tingini illər öncə dostundan alıb. Ağac ilin bütün fəsillərində bar verir. Bu limonlar ürək-damar xəstələri üçün xüsusilə faydalıdır.

C.Sadıqov becərdiyi limonun faydasından bəhs edib:

"Qələm formasında əkmişdim, 5 il qulluq etdim. Artıq 3 ildir ki, məhsul gətirir. Mənim 8 ildir ki, ürək-damar problemim var. Bu limonları yeyəndən sonra dərman istifadə etmirəm". 

İstixana şəraitində yetişdirilən subtropik bitki insanların marağına səbəb olub. Kimisi ağacın tingini, kimisi də meyvəsini əldə etmək üçün Əyyublu sakinin həyətinə üz tutur.

Limonun qiyməti isə ölçüsündən asılı olaraq 1-2 manat arasında dəyişir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR