İnsanlara hürriyət, millətlərə istiqlal!

SUMQAYITDA 11 DİNDAR HƏBS EDİLDİ

Axtarış zamanı oradan Bakıda keçirilən “Eurovision-2012" mahnı müsabiqəsinin əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və şüarlar yer almış disklər aşkar edilərək götürülüb. Əməliyyat zamanı adıçəkilən mağazanın sahibi Əli Əliyev və ”Eurovision-2012" mahnı müsabiqəsinin əleyhinə təbliğat aparan daha 10 nəfər tutulub.
Xatırladaq ki, ötən həftə Bakıda “Eurovision” əleyhinə disklərin yayılması ilə bağlı məlumat vardı. Həmin məlumatda qeyd olunurdu ki, naməlum şəxslər xüsusi hazırlanmış diskləri evlərin qapısı ağzına qoyurlar. "Turan" İnformasiya Agentliyi İranda yaşayan diktor Əsgər Fərdinin səsləndirdiyi filmdə “Eurovision” müsabiqəsi əleyhinə fikirlərin səsləndirildiyini yazır. Polis diskləri yayanlardan bəzilərini saxlamışdı.
Əldə etdiyimiz məlumata görə, Sumqayıtda ötən gün aparılan həbslər məhz sözügedən disklərin yayılması ilə bağlı olub. Polis dini dükanda disklərin yayılmasının qarşısını almaq üçün əməliyyat keçirib.
Qeyd edək ki, dünən “İnanclı Vətəndaşların İnsan Haqlarına Dəstək” Təşəbbüs Qrupu son günlərdə baş verən həbslərlə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, qrup ilahiyyatçı, fəlsəfə doktoru Füzuli Şəfiyev və bir neçə digər dindar vətəndaşın həbsə alınmasını pisləyir və bunu söz, əqidə və ifadə azadlığının, eləcə də Azərbaycan Respublikası Konstitusiyası ilə təmin edilən insan haqlarının, qanunçuluğun və ədalətli mühakimə hüququnun kobud şəkildə pozulması faktı kimi dəyərləndirir.
Təşəbbüs Qrupu müvafiq orqanlara müraciət edərək inanclı vətəndaşlara qarşı həyata keçirilən yeni həbslər dalğasının dayandırılması, saxlanılanların azadlığa buraxılması və dini mühitdə sabitliyin bərqərar edilməsi üçün çağırış edir.
Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2019

BÜTÜN XƏBƏRLƏR