İnsanlara hürriyət, millətlərə istiqlal!

Silahlı Qüvvələrdə ilk Hərbi Andın qəbulundan 25 il ötür

1955 08.12.2016 13:16 Ölkə A A

Azərbaycan Silahlı Qüvvələrində ilk Hərbi Andın qəbulundan 25 il ötür.

“AzeriDefence”nin məlumatına görə, 1991-ci il dekabrın 8-də Şəhidlər Xiyabanında dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən ilk andişmə mərasimində keçmiş sovet ordusunun 18110 saylı hərbi hissəsinin bazasında yaradılmış və “birinci tabor” kimi tanınan hərbi hissəni Hərbi Andı qəbul etməyə polkovnik Zaur Rzayev (mərhum general-mayor Zaur Rzayev – red) gətirib. Hərbi Andı əsgərlərdən müdafiə nazirinin müavini, general-mayor Dadaş Rzayev qəbul edib.

Azərbaycan Silahlı Qüvvələrinin ilk Hərbi Andını qəbul edən əsgərlələr arasında 40 yaşlı şəxslər də olub

Hərbi Andın qəbulundan bir neçə gün sonra həmin əsgərlər Qarabağın müxtəlif bölgələrində döyüşlərə göndərilib.

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Andının mətni 1991-ci ilin oktyabr ayında hazırlanıb və oktyabrın 9-da o vaxtkı Ali Sovet tərəfindən təsdiqlənib. Hərbi Andın mətnini ilk hərbi hissənin komandiri polkovnik Zaur Rzayev, hərbi hissənin qərargah rəisi mayor Nurəddin Abdullayev, müdafiə nazirinin müavini Dadaş Rzayev hazırlayıblar.


andicme (2)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR