İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏLDİ DONDURMA MÖVSÜMÜ...

5234 30.05.2010 09:02 Ölkə A A
“Ailə” marketin satıcısı isə deyir ki, daha çox Almaniya istehsalı olan dondurmalar satılır: “Bizə dondurmalar əsasən Almaniya, Rusiya və Türkiyədən gəlir. Azərbaycanın istehsalı olan mallar da var, amma daha az satılır. Yerli dondurmalar arasında ən keyfiyyətlisi ”Palsüd"ə məxsus olanlardır, amma mağazalara az gəlir. Balaca dondurmalar 50 qəpikdir, baha olanları da var, qiymətlər 3 manata qədər qalxır. Ən çox satılan dondurmalar qabda olanlardır, baha olsa da yaxşı satılır. Qiymətlər 3-8 manat arasında dəyişir. Ən yaxşı dondurma Almaniya istehsalı olan “Nasch”dır".
Dondurma satıcısı Faiq deyir ki, alver keçən ilkinə nisbətən azalıb: “Alıcılar daha çox Rusiya, Azərbaycan və Türkiyə məhsullarını alır. Ən çox alınan dondurma ”Magnum", “CCCR”, "Plan-1"dir. Son zamanlar ”Palsüd"ə məxsus olanlar da çox satılır, amma bahadır. Alıcılar daha çox ucuz dondurmaları alır, ona görə də yerli mal daha çox satılır".
“Ramstore”dəki dondurmaların qiyməti isə digər mağazalara nisbətən daha yüksəkdir. Oradakı dondurmalar da daha çox Türkiyə, Rusiya və Azərbaycan istehsalıdır. Türkiyə dondurmaları 2 manatdan başlayır. Digər mağazalardakı 20-50 qəpiklik dondurmalara isə burada rast gəlinmir. Daha iri qablarda olan dondurmalar arasında “Cornetto” üstünlük təşkil edir. “Nestle” isə 6 manata satılır.
Ən güclü satış isə “McDonalds”dadır. Satıcılar deyir ki, burada satılan dondurmalar əsasən Ukrayna və Rusiyadan gəlir. Alıcılara iki qiymət təklif olunur. Balaca qablarda olan dondurmaların qiyməti 50 qəpik, daha iri qablardakılar isə 1 manat 20 qəpikdir.
Bakı sakinlərinin dondurma haqda fikirlərini də öyrəndik. Tələbə Nazilə Mustafayeva deyir ki, dondurmaların keyfiyyəti o qədər də yaxşı deyil: “İndi dondurma mövsümüdür, hər kəs yemək istəyir. Amma satılan dondurmalar yaxşı deyil, satışda olanların çoxu keçən ildən qalıb”.
Bakı sakini Rəfail Axundov yaxşı dondurma olmadığı üçün keyfiyyətsizləri almağa məcbur olduqlarını deyir: “Dondurma alanda çalışıram ki, ən yaxşısını alım. Ona görə də ən bahalısını alıram, amma digərlərindən heç bir fərqi yoxdu”.
Kompüter müəlliməsi Sevinc Mehdiyeva isə deyir ki, Azərbaycanda ümumiyyətlə keyfiyyətli dondurma yoxdu: “Haradan alınmasından asılı olmayaraq bütün dondurmalar saxtadı. Çox az yer var ki, yaxşı dondurma satılır, onlar da bahadır”.
Bəs dondurma nə zaman zərərli ola bilər? Professor Adil Qeybullanın sözlərinə görə, dondurmaların istehsalında konkret tələblər qoyulur, bu tələbləri gözləmək lazımdır: “O tələblərdən biri də südün qaynadılmasıdır. Dondurma çiy süddən hazırlanırsa, müxtəlif xəstəliklər yarana bilər. El arasında ”mal qızdırması" deyilən xəstəlik südün tərkibindəki xəstəliklərdən də yarana bilər. Bu mikroblar yalnız süd qaynayanda ölür, donma mikrobları öldürmür. Ona görə də dondurmadan xəstəliklərə yoluxma halları az deyil. Burada südün keyfiyyəti də önəmlidir. Dondurmaların müxtəlif rəngdə olması üçün onlara qida əlavələri də qatılır. O əlavələr orqanizmə təsirsiz ötüşmür, onların həddən çox olması mədə-bağırsaq və ürək üçün fəsadlar törədə, hətta xərçəng də yara bilər. Bu baxımdan çox dondurma yemək məqsədəuyğun deyil. Dondurma yeyən zaman isti qidalardan istifadə dişin mina qatını zədələyə bilər. Hazırda satışda olan çox ucuz və keyfiyyətsiz dondurmalar orqanizm üçün zərərlidir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR