İnsanlara hürriyət, millətlərə istiqlal!

20 OKTYABR MƏHBUSLARI BARƏDƏ APELYASİYA ŞİKAYƏTİ VERİLƏCƏK

1143 23.10.2012 09:51 Ölkə A A

Ə.Mustafayev deyib ki, həbs olunanların razılığı alınıb və apelyasiya şikayətləri hazırlanıb: “Şikayətlər tezliklə məhkəmələrə təqdim olunacaq”.
Həbs olunanlar:

Tural Abbaslı, Müsavat - 10 sutka

Əhəd Məmmədli, Müsavat - 10 sutka

Vaqif Xalıqov, AXCP - 10 sutka

Şakir Abbasov, AXCP - 10 sutka

Dəyanət Babayev, AXCP - 10 sutka

Rüfət Hacıbəyli, Müsavat - 9 sutka

Təzəxan Mirələmli, AXCP - 8 sutka

Əbülfəz Qurbanlı, AXCP - 8 sutka

Elşad Budaqov, Müsavat - 7 sutka

Şahin Mirzəyev, Müsavat - 7 sutka

Bəhruz Həsənov, AXCP - 7 sutka

Turqut Qəmbər, “Nida” Vətəndaş Hərəkatı - 7 sutka

Ülvi Həsənli, “Azad gənclik” təşkilatı - 7 sutka.

Hüquq müdafiəçiləri 20 oktyabr məhbuslarının azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət ediblər. İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı APA-ya deyib ki, müraciət Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı və onun tərəfindən imzalanıb. Müraciətdə gənclərin vaxtından əvvəl azadlığa buraxılması xahiş olunub: “Prezidentə müraciət edərək müqəddəs Qurban bayramı ərəfəsində humanistlik göstərərək 20 oktyabrda gənclərin keçirməyə cəhd etdikləri aksiyada saxlanılan 13 gəncin azadlığa buraxılması barədə göstəriş verməsini xahiş edirik”.
Xatırladaq ki, oktyabrın 20-də bir qrup gənc Bakının mərkəzində razılaşdırılmamış aksiya keçirməyə cəhd edib. Aksiya zamanı 13 nəfər saxlanılaraq inzibati qaydada həbs olunub. Aksiyada başlıca tələb parlamentin buraxılması, yeni parlament seçkisinin keçirilməsi olub. Günorta saat 15:00-a yaxın Müsavat Partiyasının qərargahı qarşısında etiraz yürüşü keçirilib. Sonra bir saatdan artıq müddətdə Fəvvarələr meydanında aksiyaçılar etiraz şüarları səsləndiriblər. Polis və mülki geyimlilər gənclərə güc tətbiq edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR