İnsanlara hürriyət, millətlərə istiqlal!

“20 YANVAR” KÖRPÜSÜ SÖKÜLÜB TƏZƏDƏN TİKİLƏCƏK

11773 24.02.2011 09:45 Ölkə A A
Dövlət Yol Polisinin nəqliyyatın hərəkətinin təşkili şöbəsinin rəis müavini, polkovnik-leytenant Tofiq Hacıyev sayta açıqlamasında deyib ki, hazırda “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti həmin körpünün rekonstruksiyası üçün yeni layihə hazırlayır. T.Hacıyev deyib ki, DYP dəfələrlə müvafiq instansiyalara müraciət edərək bu yol qovşağının nəqliyyatı hərəkətini düzgün tənzimləməyə imkan vermədiyini nəzərə çatdırıb. Layihənin primitiv hazırlanması üzündən yol qovşağının istifadəyə verilməsi həmin ərazidə mövcud olan tıxaclar aradan qalxmayıb və yenə də xüsusən gündüz saatlarında orada uzun-uzadı tıxaclar yaranmaqdadır. DYP tıxacları azaltmaq üçün “20 yanvar” dairəsinin radiusunun genişlənməsi, avtobus dayanacaqlarının başqa yerə köçürülməsi və digər təkliflər verib.
T.Hacıyev deyib ki, “20 yanvar” körpüsünə yeni yanaşma yollarının və qovşaqların əlavə olunması gözlənilir. “Trend” agentliyi isə “Azəryolservis”dəki mənbələrə istinadən bildirir ki, “20 yanvar” körpüsünə əlavə olaraq yeni tunelin tikilməsi planlaşdırılır. Hazırda tunelin istiqaməti barədə müzakirələr gedir. Tunel ya Zərdabi prospektindən, ya da Şərifzadə küçəsindən başlayacaq və keçmiş 3-cü mikrorayon dairəsində yekunlaşacaq. Mənbə deyib ki, bu tunel əvvəlcədən yol qovşağının layihəsində nəzərdə tutulmuşdu, lakin həmin ərazidən metro keçməsi səbəbindən və maliyyə çatışmazlığından tikilməyib.
Xatırladaq ki, podratçı şirkət olaraq “Azərkörpü” tərəfindən inşa edilən “20 yanvar” yol ötürücüsünün uzunluğu 1,12 km-dir. Tiflis prospektində inşa edilən tunelin uzunluğu isə 332 m, hündürlüyü 5,5 m-dir. Ümumilikdə, körpü və tunelin tikintisinə 31,5 mln. manat xərclənib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR