İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə seçkilərlə bağlı Prezidentin qərarını gözləyir

911 22.06.2024 09:53 Gündəm A A

Prezident İlham Əliyev ilk dəfə bütün ölkə ərazisində keçiriləcək parlament seçkilərinin gününü təyin edəcək; Siyasi partiyalar seçki qərarını müsbət qarşıladılar

Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində 2024-cü ilin fevralında keçirilmiş Prezident seçkilərindən sonra bu dəfə  parlament seçkiləri də bütün ölkə ərazisində olacaq. Milli Məclisə növbədənkənar seçkilər zamanı müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Bu barədə parlament çoxluğunu təmsil edən YAP-da qərar verilib.  Hakim partiyanı  Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün  yekdil qərar qəbul ediblər.

İyunun 21-də isə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi üçün komissiya yaradılıb. Komissiyanın sədri Adil Əliyev, komissiyanın üzvləri Siyavuş Novruzov, Fəzail Ağamalı, Elşən Musayev, Nigar Arpadarai, Tahir Rzayev və Eldar Quliyev olub. Komissiya elə həmin gün “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Milli Məclisin qərar layihəsini hazırlayıb və təqdim edib. 

Qərar layihəsində deyilir: “Milli Məclisdə çoxluq təşkil edən YAP üzvləri parlament sədrinə müraciət edərək, həm parlament seçkilərinin, həm də mötəbər beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün müraciət edib. YAP-ın müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib. Parlament seçkilərinin qanunvericiliyə uyğun keçirilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir”.

Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qanunvericiliyə görə, Konstitusiya Məhkəməsi deputatların sözügedən müraciətinin konstitusiyaya uyğun olub-olmadığını bildirəcək. Bundan sonra Prezident İlham Əliyev Milli Məclisin buraxılması barədə sərəncam imzalayacaq və yeni seçkinin gününü təyin edəcək. Milli Məclisin buraxılması halında parlament seçkisi 60 gün ərzində keçirilməlidir.

Qeyd edək ki, dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda 6 parlament seçkisi keçirilib. 1995-ci ilin seçkisi noyabrın ikinci bazar gününə, 2000, 2005, 2010 və 2015-ci illərin seçkiləri noyabrın birinci bazar gününə düşüb.

2016-cı ildə Prezident Milli Məclisi buraxmaq səlahiyyəti alıb, 2019-cu il dekabrın 5-də bu hüququndan istifadə edib və altıncı parlament növbədənkənar səsvermədə - 2020-ci il fevralın 9-da seçilib.

Bəs, hazırda Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar növbədənkənar parlament seçkiləri qərarını necə qarşılayıblar? Seçkiyə hazırdırlarmı?

Arzuxan Əlizadə Avropa Parlamentinə seçkiləri müşahidə edəcək - DƏVƏT -  AKTOR.az

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, növbədənkənar parlament seçkilərinə gediləcəyi ilin əvvəlindən məlum idi. Çünki noyabr ayında ölkəmizdə böyük bir beynəlxalq tədbir keçiriləcək. Ona görə də parlament seçkilərinin bir qədər önə çəkiləcəyi ehtimalı yüksək idi. Belə də oldu: “Bu ehtimalın yüksək olduğunu bildiyimiz üçün Milli İstiqlal Partiyası seçkilərə hazırlıq işlərinə xeyli vaxtdır başlayıb. Son Prezident seçkisindən dərhal sonra Siyasi Şuranın genişləndirilmiş iclasını keçirmişik və seçki hazırlıqlarına faktiki olaraq fevral ayından start vermişik. Seçki noyabrda olsaydı belə, biz seçkiyə hazırlıq işlərimizi eyni vaxtda başlayacaqdıq. Seçkilərin keçirilmə tərzindən asılı olaraq seçkidə iştirakımız da gerçəkləşəcək. 

Seçki kampaniyasının yay aylarına təsadüf etməsi müəyyən çətinliklər yarada bilər, amma ilk deyil, biz sərt qış ayında da, yayın qızmar dövründə də seçkilərdə iştirak etmişik. Təcrübəmiz var. Hava şəraiti bir o qədər önəmli deyil. Önəmli məsələ seçkilərin hansı formada keçirilməsidir". 

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA

Tural Abbaslı 

AĞ Partiyanın sədri Tural Abbaslı qeyd etdi ki, növbədənkənar parlament seçkiləri qərarının veriləcəyi gözlənilən idi: “Gözlənilməz olmamağı seçkiyə tam hazır olmaq demək deyil. Biz seçkiyə uzun müddətdir hazırlaşırıq, amma Azərbaycan reallıqları şəraitində nə qədər mümkündürsə o qədər hazırıq. Artıq bir neçə aydır seçki qərargahı yaradılıb və fəaliyyət göstərir. Namizədlərin müəyyən olunması, seçki şüarları, təbliğat-təşviqat işləri, müşahidəçilərin, imza toplayacaq şəxslərin siyahılarının tutulması kimi işlər üzərində fəaliyyət aparılır. Seçki kampaniyasını aparmaq həm böyük ölçüdə vəsait tələb edir. Azərbaycanda demək olar ki, heç bir partiyanın həmin məbləği yoxdur. Xüsusilə də parlamentdə təmsil olunmayan partiyaların maliyyə problemləri var. Bu çatışmazlıqlar fonunda seçki kampaniyasında mümkün qədər aktiv iştiraka çalışırıq”. 

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Böyük Azərbaycan Partiyasını sədri Elşad Musayev də bildirdi ki,  erkən seçkilərin keçiriləcəyi öncədən gözlənilirdi, ona görə də hazırlıq işlərinə xeyli müddətdir başlayıblar: “Növbədənkənar seçkilərin keçirilməsi qanunvericiliyə uyğundur. Növbədənkənar seçkilərə hansı zərurətdən gedildiyi də verilən qərarda kifayət qədər aydın izah olunur. Erkən seçki qərarı doğru qərardır. Siyasi partiyanın vəzifəsi bir seçki bitəndən sonra digər seçkiyə hazırlaşmaqdır. Bizim partiya bilirsiniz ki, bu ilin 9 fevralında keçirilən növbədənkənar Prezident seçkilərində öz namizədi ilə iştirak edib. Bu seçkilər partiyamızın növbədənkənar parlament seçkilərinə hazırlıq məşqi rolunu da oynamış oldu. Seçki hazırlıqlarımız fevraldan sonra davam etdirilib və bu gün də proses davam edir”. 

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, növbədənkənar parlament seçkilərinə gedilməsi gözlənilməz olmadı. Noyabr ayında ölkəmizdə böyük beynəlxalq tədbir keçiriləcəyi səbəbilə parlament seçkilərinin erkən keçiriləcəyi lazım və gözlənilən idi: “Proses tam qanuna uyğun şəkildə gedir. Partiya seçkilərə həmişə hazır olmalıdır. Biz seçkiyə xeyli vaxtdır hazırlıq işlərini həyata keçiririk. Hansı dairələrdə namizədlərimizlə seçkidə iştirak edəcəyimizi və namizədlərimizi müəyyənləşdirəcəyik. Şüarlarımız, seçki platformamız demək olar hazırdır. Hazırlıq işləri seçki təqviminə uyğun olaraq həyata keçiriləcək. İnanıram ki, Azad Vətən Partiyası seçkidə fərqlənən və qarşısına qoyduğu məqsədə çatan partiyalardan olacaq”. 

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə bildirib ki, parlament seçkilərinin öncə çəkilməsi ehtimalı çox yüksək olduğu üçün YAP-ın aldığı qərar sürpriz olmadı: “Belə bir addımın atılacağını öncədən proqnozlaşdırdığımızdan REAL Partiyası hələ keçən ilin sonunda Seçki Qərargahı təsis etdi, seçki işlərinə rəhbərlik Siyasi Komitənin üzvü, tanınmış vəkil Rəsul Cəfərova tapşırıldı. Bu günə qədər qərargah çox yaxşı işləyib, onlarla tədbir keçirib, seçkilərə hazırlıq işləri görüb. Təbii ki, REAL Partiyası, şəxsən mən seçkilərdə aktiv iştirak edəcəyik”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR