İnsanlara hürriyət, millətlərə istiqlal!

OLİQARXLARIMIZ İSRAİLLƏ BİZNES MÜQAVİLƏLƏRİ BAĞLAYIR

2668 26.02.2010 03:25 İqtisadiyyat A A
“İzRus” portalının xəbərinə görə, səfər fevralın 21-dən başlayıb və dünən yekunlaşıb. Nümayəndə heyətinin tərkibində "ATA Holdinq", "Paşa Holdinq", “Gilan Holdinq” və “Azərsun Holdinq”in təmsilçiləri olublar. Məlum olduğu kimi, “ATA Holdinq” vergilər naziri Fazil Məmmədova, “Paşa Holdinq” Paşayevlər ailəsinə, “Gilan Holdinq” fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. “Azərsun Holdinq”in isə baş cangüdən Bəylər Əyyubov tərəfindən himayə edildiyi deyilir.
Bütün bu xatırlatmalar ona görə vacibdir ki, İsraillə iqtisadi əməkdaşlığı gücləndirmək üçün Azərbaycan hakimiyyətindəki oliqarxlara bağlı biznes qurumlarına göstəriş verilib. Məlumata görə, səfər zamanı nümayəndə heyəti kənd təsərrüfatı sahəsində işləyən İsrail şirkətləri ilə danışıqlar aparıblar. Danışıqların nəticəsi olaraq qərara alınıb ki, tezliklə konkret layihələr üzrə müqavilələr imzalansın. Bildirilir ki, bu səfərin təşkilatçısı İsrailin Bakıdakı səfiri Mixael Levon-Lot olub.
Qeyd edək ki, İsrail yüksək texnologiyalar əsasında inkişaf etmiş sənaye ölkəsi olmaqla yanaşı, kənd təsərrüfatı sahəsində də qabaqcıl ölkələrdəndir. Səfir deyib ki, İsrailə səfər edənlər Azərbaycan iqtisadiyyatında böyük paya malik olan iri holdinqlərin nümayəndələridir: “Azərbaycan prezidenti İlham Əliyev aqrar sektorun inkişafına xüsusi diqqət ayırır. Azərbaycan sahibkarları İsrailin kənd təsərrüfatının səviyyəsini çox yüksək qiymətləndirirlər və ona görə də bizim firmalarla əməkdaşlıq qurmaqda maraqlıdırlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR