"Şanlı Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz, amma dövlətin digər xərclərini ödəmək mümkündür". Artıq deputat Eldar Quliyevin benzinin bahalaşmasına haqq qazandırmağa yönələn bu fikri sosial şəbəkələrdə və mətbuatda ən populyar “tezisə” çevrilib və adama sağdan, soldan deyilməyən söz, irad, tənqid qalmayıb.
Xatrladaq ki, 5 dəfə(!) deputat olan E.Quliyev həm də Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. Lakin bir iqtisadiyyat professorunun yanacaq növlərinin bahalaşmasına “15 qəpiklə heç kim kasıblamaz” kimi primitiv, elmdən, reallıqdan, iqtisadiyyat anlayışından uzaq yanaşması istər-istəməz müəyyən şübhələrə yol açır.
“Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət həftədə bir neçə dəfə dəyişir. Qiymətlər həm qalxır, həm də düşür. Ötən il Aİ-95 markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü. Sonra isə tədricən artmağa başladı. Qiymətin düşməsinin və artmasının səbəbi əsasən dünya bazarlarında neftin və neft məhsullarına bağlıdır”.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İctimai TV-nin efirində sözügedən markalı benzinin qiymətlərinin bahalaşmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycanda ümumi yanacaq istehlakını götürsək, 2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi dizel və “Aİ-92” markalı benzinin üzərinə düşür:
"Bu yanacaq növləri ölkə daxilində istehsal olunur. Dizelin hətta bir hissəsi də ixrac olunur. “Aİ-95” və “Premium” markalı benzinin üzərinə isə cəmi istehlakın 2 faizi düşür. Ölkədə dövriyyədə olan istifadə olan avtoparkın əsas hissəsi də məhz dizel və “Aİ-92” markalı benzinə uyğundur. Lakin tədricən Premium və Süper markalı benzinin növlərinin də istehsalı artmaqdadır. Çünki ölkəyə idxal edilən bir çox benzin növləri ilə işləyən avtomobillər məhz Premium və süper markalı benzin üçün nəzərdə tutulub.
Bu avtomobillərin yanacaq doldurma yerində göstərilir ki, hansı yanacağın ona vurulması uyğundur. Premium və süper markalı benzin orta və nisbətən zəngin insanlar tərəfindən istifadə olunur. Məhz ona görə də onların sayı nisbətən azdır.
Premium və super markalı benzinə isə alternativlər elektromobillər hesab edilir. Premium markalı benzin kimin üçün isə bahalı hesab edilirsə, zənnimcə, onlar bu avtomobillərə keçə bilərlər”.
İ. Əhmədov qeyd edib ki, Azərbaycanda bir çox şirkətlər özləri benzini idxal etmirlər:
“SOCAR onlara benzini topdansatış qiyməti ilə satır. Burada cüzi bir fərq ola bilər. Onlar da təxminən eyni qiymətə alıcıya satırlar. Sövdələşmə ilə bağlı məsələlərə SOCAR səlahiyyətli deyil. Buna aidiyyəti qurumlar cavab verə bilir. Müxtəlif ölkələrdə SOCAR yanacaq satışını pərakəndə olaraq həyata keçirir. Həmin ölkələrdə dövlət qurumları SOCAR-a və başqa bazar iştirakçılarına qarşı iddialar qaldıra bilər. İddialara şirkət etiraz edə bilər, məhkəməyə gedə bilər. Ali Məhkəmənin qərarı artıq hökm olur.
Azərbaycan da hüquqi dövlətdir. Burada da dövlət hansı qərarı çıxaracaqsa, SOCAR da o qərarı qəbul etmiş olacaq”.
Onun sözlərinə görə, gələcəkdə Premium markalı benzin də ölkə daxilində istehsal olunacaq: “2022 və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun olan dizelin və benzinin istehsalına nail olacağıq. İlk dövrlərdə "Aİ-92" markalı və "Aİ-95" markalı benzin "Avro 5" standartına uyğun istehsal olunacaq”.
Qeyd edək ki, sentyabrın 15-dən “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN-ə qalxıb.
“2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanının sərhədlərinə çəkilib. Bu addım yeni hərbi gərginlikdən qaçmaq üçün atılıb”.
"Sputnik Armeniya xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, bununla da sovetdən qalma inzibati sərhəd dövlət sərhədinə çevrilib: “Gorus-Qafan avtomobil yolu iki yerdə Ermənistan Respublikası və ya Sovet Ermənistanı ərazisindən çıxır. Məhz buna görə də məlum rayonlarda hamının gördüyü lövhələr quraşdırılıb və dayaq məntəqəsi yaradılıb”.
N.Paşinyan bildirib ki, 2020-ci ilin dekabrında bu yoldan nəqliyyat vasitələrinin tranziti kimi istifadə edilməsinə dair razılıq əldə olunub: “Razılaşmanın mətnində xarici ölkələrə məxsus yüklərin daşınması nəzərdə tutulmadığından, ehtimal edirəm ki, bu şəraitdə Azərbaycan tərəfi həmin məqamdan istifadə edir”.
Ermənistanın baş naziri Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən də danışıb.
“Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanın 2010-cu ilin inzibati bölünməsini de-yure qəbul etdiyini açıq şəkildə bilsinlər”, - deyə o bildirib.
Qeyd edək ki, N.Paşinyan daha əvvəl Gorus-Qafan yolundakı hadisənin şərhi zamanı Azərbaycan toponimlərindən istifadə edərək hadisənin Eyvazlı və Çayzəmi yaxınlığında baş verdiyini bildirmişdi.
Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov ürəyindən əməliyyatı olunub.
Bu barədə "Report"a onun vəkili Elnur Vəliyev məlumat verib.
Onun sözlərinə görə, Q.Səmədov Mərkəzi Klinik Xəstəxanada əməliyyat edilib: "Hazırda vəziyyəti yaxşıdır".
Xatırladaq ki, bir neçə gün əvvəl S.Qocayevin səhhətində problemlər yaranıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə onunla bağlı başqa yerə getməmək barədə iltizam tədbiri seçilib və o, azadlığa buraxılıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
Dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqqı ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əməkhaqqı almadan, adlarına açılmış əməkhaqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib.
Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əməkhaqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib.
Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
Qoca Səmədova vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə əməlləri üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən Musavat.com-a daxil olan məlumatda deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 16-sı axşamdan başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, müəyyən yerlərdə leysan xarakterli intensiv yağış yağacağı və şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Həmçinin, bəzi dağ çaylarından qısamüddətli sel keçməsi ehtimalı ilə əlaqədar sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"
Qanunsuz olaraq pul müqabilində vətəndaşlara saxta COVID-19 vaksin sertifikatı təqdim edən şəxslərin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluqdan "Qafqazinfo"ya bildirilib ki, Bakı şəhəri ərazisində qanunsuz olaraq pul müqabilində vətəndaşlara COVID-19 əleyhinə peyvənd vurulmadan vaksin serifikatının və aidiyyəti qurumlara təqdim etmək üçün saxta arayışlar verilməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri 20 saylı şəhər poliklinikasında həkim-terapevt Günay Hüseynovanın həmin poliklinikada tibb bacısı Nailə Musayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın Mehdiabad Ailə Sağlamlıq Mərkəzində mama-ginekoloq Esmira Xudayarova, Mərkəzi Dəmir Yol Xəstəxanasının həkim–terapevti Bəsdi Behbudova və “Paşa-K” firmasının reklam üzrə mütəxəssisi İlahə Quliyeva ilə cinayətkar əlaqəyə girərək tamah niyyəti ilə Bakı şəhəri ərazisində 100 nəfərdən artıq şəxsin hər birindən 200-250 manat məbləğdə pul alınması müqabilində COVID-19 əleyhinə peyvənd vurulmadan vaksin sertifikatının verilməsini, qeydiyyata alınmasını, vətəndaşlar barədə “E-Təbib” portalında mövcud olan məlumatların dəyişdirilməsini təşkil etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bu və gündəmdəki digər mövzuları aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






