2016-cı ildə, Braziliyanın Rio de Janeyro şəhərində keçirilən Yay olimpiya oyunlarından 3 il keçsə də hələ də onun ətrafında söz-söhbətlər tükənmək bitmir.
Bu gün isə Beynəlxalq Olimpiya Komitəsi üzvlərinə birbaşa rüşvət almaqla bağlı yeni ittiham irəli sürülüb.
Belə ki, Rio de Janeyronun keçmiş qubernatoru, hazırda korrupsiya ittihamı ilə həbs cəzasını çəkən Serjio Kabral növbəti dəfə ölkənin ədalət mühakiməsi qarşısında dayanıb. O, 2016-cı ildəki Olimpiya oyunları ilə bağlı keçirilən yarışda rəhbərlik etdiyi şəhərin qalib gəlməsi üçün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bir sıra üzvlərinə rüşvət verdiyini söyləyib. Serjio Kabalın adını çəkdiklərinin arasında Rusiyanın əfsanəvi üzgüçücü dördqat olimpiya çempionu Alskesandr Popov və Ukraynanın yaşayan əfsanəsi Sergey Bubka da var.
S.Kabalın sözlərinə görə, o, həmin vaxt Beynəlxalq Yüngül atletika federasiyalarının prezidenti vəzifəsini icra edən Lamin Diaka 1,5 milyon dollar pul təklif edib. Lakin L.Diak daha 1 milyon dollar istəyərək əlavə səsləri də alacağına söz verib.

Nəticədə tərəflər 500 min dollarda razılaşıblar (yəni ümumi məbləğ 2 milyon dollar olub). Serjio Kabal göstərilən tarixdə Brazliya prezidenti olmuş Lula da Silvanın da sövdələşmələrdən xəbəri olduğunu söyləyib.
Bilindiyi üzrə Rio-de-Janeyro səsvermədə İspaniyanın paytaxtı Madridə 66-32-yə nisbətdə qalib gəlib. Adları çəkilən idmançılar isə hər şeyi inkar ediblər. A.Popov hətta Rio-de Janeyroya səs vermədiyni iddia edib. Məsələ hətta Kremlin də diqqət mərkəzinə düşüb. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov hadisələrin inkişafını diqqətlə izlədiklərini bildirib.
Hündürlüyə tullanmaq üzrə 6 qat dünya, olimpiya çempionu, hələ də 6,14 metrlik nəticə ilə dünya rekordunu əlində tutan Sergey Bubka da ittihamları qəbul etməyib.
Xatırladaq ki, S.Bubka həm də Ukrayna Milli Olimpiya Komitəsinin prezidentidir.
Musavat.com






