İnsanlara hürriyət, millətlərə istiqlal!

Oleksiy Reznikov: “Patriot”lar Ukraynanın ballistik hədəfləri vurmaq qabiliyyətini daha da artırır

762 20.04.2023 09:51 Son xəbər A A

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Almaniya, Hollandiya və ABŞ tərəfindən ölkəsinə verilən “Patriot” hava hücumundan müdafiə sistemləri əvvəllər orada olmayan ballistik hədəfi vurmaq qabiliyyətini daha da artırıb.

AZƏRTAC xəbər verir ki, o bu barədə özünün sosial media hesablarında paylaşım edib. Reznikov havadan və raketdən müdafiə sistemlərinin Ukraynanın müdafiəsi üçün əhəmiyyətli olduğunu bildirib.

Çoxsəviyyəli hava və raketdən müdafiə sistemlərinin ən qısa zamanda əldə edilməsinin onların prioritetlərindən biri olduğuna diqqət çəkən Reznikov qeyd edib ki, bu, şəhərləri, kritik infrastrukturları və insanları qorumaq deməkdir.

Almaniyanın “IRIS-T” müdafiə sistemlərinin qanadlı raketlərə qarşı mübarizə qabiliyyətindən danışan Reznikov deyib ki, bu silahlar özünü mükəmməl şəkildə doğruldub.

Reznikov vurğulayıb ki, Polşa və Slovakiya tərəfindən tədarük edilən “MiQ-29” təyyarələri Ukraynanın həm Rusiya raketlərinə, həm də İran pilotsuz təyyarələrinə qarşı müdafiəsini gücləndirəcək.

Sözügedən müdafiə sistemlərinin hamısının Ukraynaya yeni gəldiyini və müdafiə qüvvələrinin sıralarında olduğunu bildirən Reznikov hərbi dəstəyin davam etdiriləcəyini vurğulayıb.

Almaniya hökuməti dünən “Patriot” sistemlərinin Ukraynaya çatdırıldığını açıqlayıb.

Nazir Reznikov də sosial media hesabındakı paylaşımında patriotları qəbul etdiklərini təsdiqləyib.

Ukrayna müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyuk sosial media hesabından verdiyi açıqlamada Patriot sistemlərinin ABŞ, Hollandiya və Almaniyadan gətirildiyini bildirib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR