İnsanlara hürriyət, millətlərə istiqlal!

ÖLDÜRÜLƏN BİZNESMENİN QIZI “YENİ MÜSAVAT”a DANIŞDI

2782 25.10.2010 09:31 Ölkə A A
Həmin vaxt bir zamanlar 41 kiloqram narkotiklə həbs olunmuş və 9 il həbsdə yatmış, atamla 3 ildir küsülü olan əmim Elşad Rzayev onun maşınında olan bütün sənədləri, açarları, seyfdə olan və anama məxsus qızıl-zinət əşyalarını götürmüşdü. Daha sonra hər kəsi anamın narkotik aludəçisi olduğuna inandırıb və cinayəti anamın törətməyi ilə bağlı prokurorluğa yalan ifadə verib. Prokurorluq anamdan qan analizi götürdü və narkoman olmadığı üzə çıxdı. Bizə qarşı ictimai rəy vasitəsi ilə təzyiq edirdilər. Ona görə də üzvü olduğum ”Dalğa" Gənclər Hərəkatının rəhbərliyinə müraciət edərək, onlardan kömək istədim. Çünki mənim 7 yaşlı qardaşım, anam və bacım köməksiz idi. Bütün vasitələrdən istifadə edərək bizi maddi cəhətdən özlərindən asılı vəziyyətə salmaq istəyir və onların diktəsi ilə hərəkət etməyə məcbur edirdilər. “Dalğa”nın  yardımı ilə özümə iş tapdım. Atamın 40 mərasimindən sonra maddi cəhətdən ağır durumda olduğumuz üçün anamla Bakıya gələrək işləməyə məcbur oldum.  Bütün sənədləri əmilərim tərəfindən oğurlanmış və atama məxsus “BMW” markalı maşını özümüzlə birlikdə Bakıya gətirdik. Əmilərimin hüquq-mühafizə orqanlarına etdikləri bütün müraciətlərinə baxmayaraq, o maşının atama məxsus olmadığını sübut edə bilməyib, çünki maşın kreditlə alınıb, krediti atam tərəfindən ödənilib. Bütün bu faktları aşkarlayan hüquq-mühafizə orqanları əmilərimin iddiasını təmin etmədilər. Sadəcə, maşının Bakı nömrəsi olması üçün bundan əvvəlki maşınları da atam bacısı oğlu və Bakı qeydiyyatı olan İlham Abbasovun adına almışdır.
Əmim Şakir Rzayevin dedikləri şər və böhtandır. Anamın və ailəmizin şərəf və ləyaqəti təhqir olunduğu üçün bununla bağlı məhkəməyə müraciət edəcəyik".
A.Rzazadə atasının MTN-ə yazdığı məktub və anasının Gəncədən namizədliyini irəli sürməsi ilə bağlı bunları dedi: “Prokurorluq bizim vəkilə bildirib ki, atamın Milli Təhlükəsizlik Nazirliyinə ünvanladığı məktubla tanış deyillər. Bu halda əmimin həmin məktubla harada tanış olması bizə bəlli deyil.  Anamın üzərində heç bir məhkumluğu və ya buna bənzər hər hansı bir cinayət əməli yoxdur. O özünün konstitusion hüquqlarından istifadə edərək namizədliyini haradan istəsə, irəli sürə bilər. Əmim Şakir Rzayev şər ataraq bildirib ki, guya anamın üzərində məhkumluq var. Bu tamamilə yalandır. 15 iyun Milli Qurtuluş günü ilə bağlı tədbirdə iştirak etmək üçün bacım məktəbə gedərkən təzə evimizin həyət qapısını açıq görüb. Həyətə daxil olub və atamın cəsədi ilə rastlaşıb. Həmin vaxt deyildiyi kimi  saat 07:00 deyil, 08:10 olub. O zaman bacım Aytən əmim Elşada deyil, digər əmim Vidadiyə zəng etmişdir. İstintaq da müəyyən etmişdir ki, bacıma onun sinif nümayəndəsi tərəfindən saat 08:00-da tədbirdə iştirak etmək üçün SMS gəlmişdir. Əmim Elşadın qızı yoxdur. Maşından sənədləri götürüb əmim qızının yanına getməyimlə bağlı iddia da cəfəngiyatdan başqa bir şey deyil. O ki qaldı maşından sənədlərin götürülməsinə, Şakir Rzayevin özü də etiraf etdiyi kimi, sənədləri onlar götürüb və hazırda onlardadır. Bu hadisədə mənə ən çox təsir edən isə sonradan anladığım bir şey oldu. Sən demə həmin gün bizlər atamızı itirməyimizin şokunu yaşayarkən, əmilərim atama məxsus bütün sənədləri, açarları, pulları və qızıl-zinət əşyalarını götürüblər. Bütün bunlarla bağlı prokurorluğa da xəbərdarlıq etmişik. Dünən də həmin qızılları bazara çıxardıb satmaqla məşğul olublar. Mənim 7 yaşlı qardaşım məktəbə cırıq ayaqqabı ilə getməyə məcburdur.  Video görüntülərinə gəlincə isə onu deyə bilərəm ki, həmişəki kimi anam və atam həmin gün də təzə evə gediblər və birgə qayıdıblar. Bacım və mən də ifadələrimizdə bildirmişik ki, gecə saat 2-yə qalmış onlar evdə olublar. Mən həmin gecə rəhmətlik atamla birgə gecə saat 2 radələrində futbol üzrə dünya çempionatının oyunlarına baxmışam. İstintaqın bizə göstərdiyi video görüntülərdə də anamın gecə saat 5 radələrində evə gəlməsi ilə bağlı heç bir fakt yoxdur. Əgər hər hansı belə bir fakt olsaydı, saatlarla bizi dindirən istintaqçılar anam barəsində həbs qətimkan tədbiri seçərdilər.
Sonda qısaca bəzi məqamlara toxunmaq istəyirəm. Əmim özü etiraf edir ki, anam heç bir yerdə işləmirdi. Mən, bacım və kiçik qardaşım da həmçinin. Bəs görəsən nədən əmilərim bizim nə yeyib, nə içdiyimizlə maraqlanmadılar?! Həmin yazıda əvvəlcə atamın MTN-ə narkobaronlar haqqında məlumat verdiyi üçün öldürüldüyünü dolayı yolla iddia edən əmim nədən sonralar atamın ölümündə anamı ittiham edir? Bunun özü bir məntiqsizlik deyilmi?
Məqalədə mənimlə bərabər Dalğa Gənclər Hərəkatının təsisçisi Ramin Hacılının və anamın da adı hallanıb. Ramin Hacılının iki gün əvvəl nənəsi rəhmətə getdiyi üçün, anam isə seçkilərlə əlaqədar Bakıda olmadığı üçün onlar məsələ ilə bağlı münasibət bildirə bilmirlər, ancaq yaxın zamanlarda onların da münasibətləri qəzetinizə göndəriləcək".
A.Rzazadə atasının ölümü ilə bağlı istintaqın yerində saydığını da bildirib. Deyib ki, atasının 100 min manata qədər borcu olub. Amma atası özünü öldürməyib, onu öldürüblər.
Xatırladaq ki, F.Rzayevin meyiti iyunun 15-də tikdirdiyi 3 mərtəbəli villanın 1-ci mərtəbəsində tapılıb. Lənkəran prokurorluğu ilkin olaraq biznesmenin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. Ekspertiza F.Rzayevin öldürülməsi barədə rəy verəndən sonra isə prokurorluq özünü öldürmə həddinə çatdırma maddəsini qəsdən adam öldürmə maddəsinə tövsif etməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR