Rəqqasə Oksana Rəsulova da müğənni Roza Zərgərlinin qızı Bənövşə haqqında yayılan şayiələrə münasibət bildirib.
Musavat.com bildirir ki, Oksana Rəsulova sosial şəbəkədə bu barədə qeyd edib:
“Əgər insanın doğrudan da səhvi varsa, onu yalnız valideynləri qınaya bilər, başqa heç kim! İnsana böhtan atılır, onun haqqında nahaq sözlər danışılır, araşdırmadan qınanılır. O insanı heç düşünməyin, özünüzü fikirləşin və bilin ki, həyat “bumeranqdır”. Hər bir ağızdan çıxan söz sizə əks təsir edə bilər. Ona görə də hər bir kəlməni deyib və ya yazandan qabaq düşünün, sonra yazın və ya deyin.
Həqiqəti tam bilmirsinizsə, susmağı tərcih edin. Ən azından dediyim kimi, özünüzü və yaxınlarınızı düşünün, hər an dəyişiklik ola bilər. Siz kiminsə vəziyyətinə düşə bilərsiniz.
Son iki gündür Roza Zərgərlinin ailəsi haqqında bəzi xoşaqəlməz və yalan məlumatlar oxuyub, təkrar o insanlara bunu xatırlatmaq istəyirəm ki, günahdır! Ayıbdır, etməyin!”.
Xatırladaq ki, Roza Zərgərlinin qızı Bənövşənin adı Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə hallanıb.
Xalidə Gəray
Musavat.com






