İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğurluqda və quldurluqla ittiham edilən dəstə üzvlərinə 34 il 6 ay cəza kəsildi, biri qadındır

298 12.09.2019 16:45 Kriminal A A

Taksi sürücüsünə qarşı quldurluq edən dəstə üzvləri hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə cinayətlər törətməkdə təqsirləndirilən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən S.Həşimov və E.Kazımov 12 il, A.Məmmədova isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Rəsmi məlumata görə, Bakı şəhər sakini Adil Babayev Xəzər rayon Polis idarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı üç nəfər şəxs onun idarə etdiyi avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib. Daha sonra həmin şəxslər ona hücum edərək bir ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər. Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai rayon Polis idarələri əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmədova saxlanılıblar.

Bundan başqa dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5 min manat dəyərində qızıl və məişət əşyaları oğurlayaraq satdıqları məlum olub.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR