İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğurladığı pulun 60 faizini rəhbərliyə ötürən, 40 faiz özünə götürən rəisin məhkəməsi keçirilir

638 18.03.2024 15:18 Kriminal A A

 

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Hərbi Polis idarəsinin və bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, məhkəmənin hazırlıq iclasında prokuror  təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılmasını, işin baxışa təyin edilməsini istəmişdi.

Təqsirləndirilən şəxs və onun müdafiəçisi işin məhkəmə baxışına verilməsinə razı olduqlarını demişdilər.

Qeyd edək ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı Sadiq Hacıyevin 1 milyon 500 min manat mənimsədiyi məlum olub . Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Sadiq Hacıyev Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.

O bildirib ki, işlədiyi müddətdə maliyyə hesabatına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. O, qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını etiraf edib.

 

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR