APA-nın cənub bürosunun xəbərinə görə, hadisə rayonun Rüdəkənar kəndində qeydə alınıb. Rayon İcra Hakimiyyəti başçısının Mahmudavar İnzibati Ərazisi üzrə nümayəndəsi Hikmət Xanməmmədovun verdiyi məlumata görə, Rüdəkənar kənd sakini, 1972-ci il təvəllüdlü Qafil Zakir oğlu Şükürov ailə münaqişəsi zəminində anası, 1953-cü il təvəllüdlü Şöhrət Tapdıq qızı Şükürovaya balta ilə zərbə vuraraq onu qətlə yetirib. Q. Şükürov hadisəni törədəndən sonra qaçıb. Onun Talış meşələrində gizləndiyi bildirilir.
Onun ruhi xəstə olduğu açıqlanıb. Q. Şükürovun tapılması üçün rayon hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.






