İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oğlumu sürüyüb apardı meşəyə, öldürməyə" - Ana dəhşətli anlardan danışdı (VİDEO - FOTO)

4195 01.02.2016 19:49 Kriminal A A
"Dedi ki, mən onunla haqq-hesabımı meşədə eləməliyəm"

"Bacım oğlumu tutdu, oğlu da 3 dəfə bıçaqla vurdu oğlumu"

24 yaşlı gənc anasının gözü qarşısında bıçaqlandı. Qohumlar arasında mübahisə qanla bitdi. 

Hadisə Xaçmaz şəhərinin Zeynəddin Babayev küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1992-ci il təvəllüdlü Hacıbalayev Kamran Teyyub oğlu bıçaqlanıb. O, təcili tibbi yardım vasitəsilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub, vəziyyəti orta-ağırdır. 

Hadisə Kamran Hacıbalayevin anası Bəturə Hacıbalayevanın gözləri qarşısında baş verib. O bildirib ki, Kamran Hacıbalayev xalası oğlu 19 yaşlı Eldar Tamirov və xalası Pəricahan Tamirova tərəfindən döyülüb. Bu zaman Eldar Tamirov Kamran Hacıbalayevin kürək nayihəsindən bir bıçaq zərbəsi endirirək hadisə yerindən uzaqlaşıb. 

Bəturə Hacıbalayeva - zərçəkənin anası: "Elmar gəldi, bayırda söhbət edirdilər. Dedim ki, ay bala, nə söhbətiniz varsa, gəlin, içəridə danışın. Dedi ki, mən onunla haqq-hesabımı meşədə eləməliyəm. Əlbəyaxa oldu, uşağımı vurdu. Sonra da uşağımı sürüyüb apardı meşəyə, öldürməyə. Cibində də bıçaq var idi. Getdim oraya, onları ayırdım, dedim ki, əl çək. Buraya gəlib çatanda, bacım oğlumun yaxasından tutdu, oğlu da 3 dəfə bıçaqla vurdu uşağımı. Oğlum buradaca yıxılıb qaldı"

Ruslan Hacıbalayev - zərərçəkənin qardaşı: "Xalaoğlum heç nəyin üstündə, kiçik bir söhbətə görə qardaşımı bıçaqladı"

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində əməliyyat-istintaq qrupu yaradılıb. Hadisəni törədənlər Eldar Tamirov və Pəricahan Tamirova saxlanılaraq istintaqa təhvil verilib. Cinayətin qisas zəmninda baş verdiyi bildirilir. Araşdırmalar davam etdirilir. (Region TV)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR