İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oğluma toy edib, mebellərin pulunu verəcəm"- qadınların dələduzluq işi

806 05.06.2017 15:49 Kriminal A A

Bakıda dələduzluqda təqsirləndirilən qadınların cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şərəfnisə Məmmədova və Elnarə Fətullayevanın cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

Hakim Novruz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Ş.Məmmədova və E.Fətullayeva 3 nəfərə qarşı dələduzluq ediblər. Onlar "Sədərək" Ticarət Mərkəzində ticarətlə məşğul olan Ərəstun Mehdizadəyə qarşı dələduzluq ediblər. Ə.Mehdizadədən sataraq pulunu qaytaracaqlarını deyərək xeyli sayda mal alan qadınlar vədlərinə əməl etməyiblər. Beləlikıə Ə.Mehdizadəyə 100 min manatdan çox zərər vurublar.

Təqsirləndirilən qadınlar daha sonra özgənin əmlakını ələ keçirmək məqsədi ilə Nizami rayonunda yerləşən "Kainat" mebel mağazasından xeyli sayda mebel alıblar. Onlar övladlarına toy etdiklərini, mebellərin pulunu toydan sonra ödəyəcəklərini söyləyiblər. Ancaq mağaza sahibinə qarşı dələduzluq ediblər.

İttihama görə, E.Fətullayeva və Ş.Məmmədova "Oken" mağazasının sahibinə qarşı da dələduzluq ediblər. Onlar mağazadan külli miqdarda mal alaraq satıb pulunu ödəyəcəklərini deyiblər. Amma bu vədlərinə də əməl etməyiblər.

Elan olunan ittihamla hər iki şəxs özünü təqsirli bildiklərini deyiblər.

İttiham aktını almadıqları üçün işlə tanış olmadıqlarını deyən təqsirləndirilən şəxslərə məhkəmə bir həftə vaxt verib.

Növbəti məhkəmə prosesi iyunun 12-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdsrda törədoıdikdə) maddəsi ilə təqsirli bilinirlər.

İ.Muradov
Misavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR