İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlu əfv olunan ana: "Televiziyadan eşitdim, hələ də şokdayam" - FOTO, VİDEO

1023 26.05.2024 12:15 Gündəm A A

"Beyləqandan gəlmişəm. Dünən televiziyadan eşitdim ki, oğlum Nurlan Ataşov da əfv olunanlar siyahısındadır. Sevincimdən hələ də şokdayam".

Bu sözləri oğlu əfv olunan Lətafət Ataşova Musavat.com-a bildirib.

Lətafət Ataşova məhbus analarına böyük sevinc bəxş etdiyi üçün ölkə Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib:

"Prezidentimizə çox təşəkkür edirəm ki, biz analara bu böyük sevinci yaşatdı. Oğlum 2002-ci il təvvəllüdlüdür. 5 il 7 ay həbs cəzasına məhkum olunmuşdu. Cəzasının 4 il 9 ayını çəkmişdi, digər hissəsindən azad olundu.

Arzu edirəm ki, digər məhbuslar da qarşıdakı əfv sərəncamlarında azaslığa çıxsın".

Xalidə Gəray
Fotolar və video müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR