İnsanlara hürriyət, millətlərə istiqlal!

Ofisiant kağıza yazdığı qeydi gizlicə 13 yaşlı qıza göstərdi: Dəhşətli hadisənin üstü açıldı

1711 12.06.2022 13:41 Hadisə A A

ABŞ-ın Florida əyalətində ofisiant dəhşətli hadisənin üstünü açıb.

Musavat.com metbuat.az-a istinadən xəbər verir ki, o, restorana atası ilə gələn uşağın hərəkətlərindən şübhələnib. Ofisiant kağıza "Sənə kömək lazımdır?" yazdığı qeydi gizlicə uşağa göstərib. Kimliyi gizli saxlanılan 13 yaşlı qız köməyə ehtiyacı olduğuna işarə edib. Ofisiant əraziyə polis çağırıb. Məlum olub ki, qızın yanındakı şəxs onun ögey atasıdır. Araşdırmalar zamanı ögey atanın uşağı istismara və şiddətə məruz qoyduğu üzə çıxıb.

Bildirilir ki, qız ailədən uzaqda olan yerdə saxlanılıb. O, hərbi xarakterli çətin tapşırıqlar icra etməyə məcbur edilib. Uşaq qida ilə az təmin olunub. Polis ögey atanı nəzarətə götürüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR