İnsanlara hürriyət, millətlərə istiqlal!

Öcalanın ermənilərə yazdığı məktubun məzmunu açıqlandı

9194 30.01.2014 10:22 Son xəbər A A
PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın ermənilərə yazdığı məktubun tərkibi açıqlanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məktub 2 səhifədən ibarətdir. Məktubda ermənilərin inancları və azadlıqlaerı üçün mübarizə aparması, 1915-ci il qondarma erməni “soyqırımı” və s. bu kimi məsələlərə toxunulur. 

“Xüsusilə kapitalizm müasirliyi və onun məbədi olan milli dövlətlərin saçdığı zəhər səbəbindən bu torpaqlar xalqlar və mədəniyyətlər qəbristanlığına dönüb. Biz sadəcə kürd xalqının yox, bu qədim regionun başda erməni xalqı olmaqla bütün xalqlarının və inanclarının azadlığı üçün mübarizə aparırıq. Əlverişsiz şəraitimə baxmayaraq, aparmağa çalışdığım sülh axtarışının heç bir xalqın ziyanına və əleyhinə olmayacağı 30 illik mübarizəmizin hər anında gizlidir”. 

Bundan başqa Öcalan 1915-ci ildə erməni xalqına qarşı “soyqırımı” həyata keçirildiyini bildirərək bunun “qəddarca” olduğunu qeyd edib. Ermənilərin böyük əziyyətlər və mübarizələr bahasına həyatda qalmağa nail olduğunu bildirərək bunun “möcüzə” olduğunu vurğulayıb. 

Sonda terrorçu lider ermənilərə, hədəfi müharibə olan beynəlxalq sərmayə qüvvələrinin və lobbilərinin hiyləli məqsədlərindən uzaq olmağı məsləhət görüb. 

Xatırladaq ki, KCK-nın (“Koma Ciwaken Kurdistan - Kürdüstan Cəmiyyəti Asossasiyası” PKK-nın şəhər qruplaşması) həmsədri Bese Hozatın ermənilərə istiqamətlənmiş sözlərinə görə Öcalan ermənilərə məktubla müraciət etmək ehtiyacı hiss etmişdi. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR