Obamanın müşavirlərini, konqresmen və senatorları Bakıya gətirən nədir?
O zaman Ağ Evin mətbuat katibi Robert Qibbs bildirmişdi ki, Plaf Bakıya qeyri-rəsmi şəxs kimi hökumətyönlü QHT-nin tədbirində iştirak etmək üçün gəlib. Sonradan Plaf bəyan etmişdi ki, ABŞ Milli Demokratiya İnstitutuna 50 min dollar verir və o bilmirdi ki, onu Bakıya hökumətyönlü QHT dəvət edib.
Dörd ildən sonra Devid Plaf, Robert Gibbs və onlarla birlikdə bir çox tanınmış siyasətçi və ekspert hakimiyyətin dəvəti ilə məruzəçi qismində Bakıya gəlir.
Plaf “ABŞ və onun müttəfiqləri: ümumi maraqlar və dəyərlər, Gibbs isə ”Ağ Ev - millət və dünya" mövzusunda çıxış edəcəklər. İkigünlük tədbiri Kamal Oksuz (görüşün təşkilatçısı) və Coşua Uoker keçirəcəklər. Bu barədə tədbirin rəsmi saytında bildirilir.
Onlardan başqa Ağ Ev qərargahının rəhbərinin keçmiş müavini Cim Messina, ABŞ-ın fəaliyyətdə olan vitse-prezidenti Co Baydenin bacısı Valeri Bayden Ouens və Pentaqon rəhbərinin müavini Pol Vulfovits çıxış edəcəklər.
Tədbirin sponsorları arasında SOCAR, Praktik Solutions Group, BP, Caspian Drilling Company (CDC) və digər şirkətlər var.
“Biz bilmirik, Obamanın keçmiş müşavirləri və ABŞ vitse-prezidentinin bacısı öz çıxışlarına görə pul alacaqlar ya yox və ya onlar biznes imkanları axtarırlar ya yox. Lakin Bakıya uzun bir yol pulsuz mümkün deyil” - "Turan"ın Vaşinqton müxbirinə Amerika diplomatiyasının veteranlarından biri bildirib.
Bu ilin yanvarına qədər Barak Obamanın baş məsləhətçisi olan Plaf qrup və şirkətlərdən qonorar almaqda tənqid edilirdi. Ötən il o, İran və Suriya ilə bağlı şirkətdən 100,000 dollar almaqda ittiham olunub.
Mayın 28-də bir qrup senator və konqresmen, o cümlədən Amerika Birləşmiş Ştatlarının yüksək nümayəndə heyəti “Yaxt Klub”da SOCAR prezidenti ilə görüşəcək.
Mayın 29-da açılış mərasimi və “ABŞ-Azərbaycan münasibətləri: gələcəyə ortaq baxış” mövzusunda plenar iclas keçiriləcək.
Maykl Rubin, Corc Fridmen, Metyu Brayza, Nil Braun, Bernard Vaynşteyn, Daniel Steyn, Maykl J. Kane, Devid Merkel, Geffri F.Greş, Stiven E. Hanson, Aleks Vatanka, Jeff Mankoff, senator Riçard Luqar, Bill Riçardson, Duncan McNabb və digərləri dörd mövzu üzrə iclaslarında iştirak edəcəklər
Bu qədər çox konqresmen və senatorun Bakıya gəlməsinin səbəbləri ilə bağlı "Turan"ın sualı cavabsız qalıb. Daha doğrusu, bu ofislərdə şərh üçün SOCAR-ın Vaşinqtondakı ofisinə və Azərbaycan səfirliyinə müraciət etmək tövsiyə edilib.
Görünür, bu cür tədbirlər öz daxili siyasətini gücləndirmək üçün avtoritar dövlətlər tərəfindən ödənilir. Bu nadir hal deyil, standart haldır, - amerikalı lobbiçilərdən biri bildirib.
Qeyri-rəsmi məlumatlara görə, qonaqların ümumi sayı 75 nəfərdir. Bir məsələ aydın deyil: bu tədbir Azərbaycana neçəyə başa gələcək?