OBAMANIN İRANA TƏTBİQ ETDİYİ BANK SANKSİYALARINA BAKI QOŞULURMU?
“Tecaraf’ bankının aktivləri dondurularaq müvafiq əməliyyatlara yasaq qoyuldu. Maliyyə Nazirliyinin bəyanatında bildirilir: ”Yeni qərarlara əsasən, İranın artıq 23 maliyyə institutuna qarşı, o cümlədən böyük dövlət banklarına qarşı ABŞ sanksiyaları tətbiq olunub". Məsələyə ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfıyyatı məsələləri üzrə müavini Deyvid Kohen də münasibət bildirib.
O deyib ki, bu banka qarşı sanksiyalar İranın maliyyə izolyasiyasını artıracaq və qanunsuz nüvə proqramının maliyyələşməsi imkanlarını çətinləşdirəcək. ABŞ Maliyyə Nazirliyinə görə, “Tecarat” bankının tək İranda 2 min bölməsi, eyni zamanda Fransa və Tacikistanda da nümayəndəlikləri mövcuddur. Qeyd edək ki, 23 yanvar tarixində Avropa Birliyi İrandan neftin idxalına sanksiyalar paketinin qəbuluna razılıq verib. Rəsmən AB-nin sanksiyaları 30 yanvar tarixində qüvvəyə minir.
ABŞ-ın sanksiyaları ilə əlaqədar bizim hökumətin bu sanksiyalara qoşulub-qoşulmayacağı barədə rəsmi qurumlardan məlumat ala bilmədik. Maraqlıdır ki, hazırda “Bank Melli İran”dan başqa ölkəmizdə rəsmən hansısa maliyyə institutu fəaliyyət göstərmir. Lakin qeyd edək ki, hələ 2009-2010-cu illərdə Azərbaycanda İrana aid “Eksport-İmport Bank” və “Pasargad Bank” (hər iki bank dövlət strukturları ilə bağlıdır, “Eksim bank” İran kəşfiyyat xidməti-SEPAH-la, “Pasargad” isə İnqilab Keşikçiləri Korpusu ilə əlaqəlidir - red.) fəaliyyət göstərirdi. Təəssüf ki, Mərkəzi Bankdan bu banklar barədə dəqiq məlumat ala bilmədik. Lakin adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, fəaliyyəti zamanı hər iki bankda pul köçürmələri əməliyyatları, müxtəlif hesabların açılması, valyuta mübadiləsi əməliyyatları, fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi həyata keçirilirdi. Bundan əlavə, bankda akkreditiv əməliyyatlar, zəmanət məktubları verilib, bununla da bu banklar ciddi maliyyə əməliyyatlarında iştirak edib. Mənbənin məlumatına əsasən, adıçəkilən banklar “çirkli pulların yuyulması” əməliyyatları həyata keçirib. “Eksimbank”la “Pasargad bank” Azərbaycan maliyyə bazarını “tranzit ərazi”yə çevirərək, onu maliyyə transferləri üçün istifadə edib.
Redaksiyaya daxil olan məlumata görə, həmin illərdə həmçinin bir sıra Azərbaycan bankları da İran kapitalı vasitəsi ilə fəaliyyət göstərirdi. Qəzetimiz həmin məlumatlan təhlil edərək növbəti saylarımızda İran kapitalı və təsisçiləri ilə fəaliyyət göstərən Azərbaycan bankları barədə dəqiq məlumat təqdim edəcək.
Xatırladaq ki, ölkədə fəaliyyət göstərən İran maliyyə institutlarının fəaliyyətini təhqiq etmək üçün redaksiyamız həmçinin Mərkəzi Bank nəzdində maliyyə kəşfiyyatı xidmətinə də müraciət edib. Redaksiyamıza həmçinin Dövlət Departamentinə təqdim edilən “İranda sanksiyalar” adlı hesabatı daxil olub. Hesabatda transmilli şirkətlərin İran hökuməti ilə əməkdaşlıq məsələləri, onların adları, fəaliyyət dairələri göstərilib. Sonda onu da qeyd edək ki, Azərbaycanda beynəlxalq sanksiyalara rəğmən İrana aid “İran Hava Yolları”, “Khodro” (“Samand”), “Saipa” və digər şirkətlər fəaliyyət göstərir. Mövzunu davam etdirəcəyik.