İnsanlara hürriyət, millətlərə istiqlal!

Obama və Tramp arasında növbəti görüş keçirilib

893 23.11.2016 07:08 Dünya A A
ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentləri Barak Obama və Donald Tramp arasında noyabrın 10-da Ağ Evdə keçirilən danışıqlardan sonra daha bir görüşün keçirildiyi məlum olub.   
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.   
 
“Prezident Oval kabinetdəki məlum görüşdən sonra Donald Trampla azı bir dəfə danışıqlar aparıb”, - deyə Ernest Vaşinqtonda brifinq zamanı bildirib.    
 
Ağ Ev nümayəndəsi görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR