Obama və Səudiyyə kralı arasında Suriya müxalifətinə dəstək razılaşması
ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanının kralı Abdulla bin Abdel Əziz Əl Səud arasında telefon danışığı olub. Musavat.com RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Rv yayıb.
ABŞ prezidenti və Səudiyyə Ərəbistanının kralı Bəşər Əsəd rejimi və OŞİD-ə qarşı savaşan Suriya müxalifətinə dəstək verilməsi ilə bağlı razılığa gəliblər. “Prezident və kral razılaşıblar ki, Suriya müxalifətinə daha çox təlim keçmək və onu təmin etmək lazımdır”, - Ağ Evin məlumatında deyilit.
Tərəflər bəyan ediblər ki, İŞİD kimi ekstremist qruplaşmalara və legitimliyini itirən rejimə (Bəşər Əsəd rejimi) qarşı mübarizə aparmaq üçün güclü Suriya müxalifətinə ehtiyac var.
Musavat.com






