İnsanlara hürriyət, millətlərə istiqlal!

Obama Rusiyaya qarşı yeni sanksiyaları həftənin sonunadək imzalayacaq

1884 17.12.2014 00:50 Dünya A A
ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaları həftənin sonuna kimi imzalamağa hazır olacaq.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
 
“Mən bunun  həftənin sonunadək baş verəcəyini gözləyirəm”, deyə o bildirib.
 
Qeyd edək ki, ABŞ Konqresi bundan əvvəl “Ukraynada azadlığa dəstək verilməsi haqqında” qanun qəbul edib. Qanun silah və neft sahəsində yüksək texnologiyaların istehsalı ilə məşğul olan Rusiya şirkətlərinə qarşı sanksiyaların genişləndirilməsini, həmçinin, Ukrayna hökumətinə hərbi yardımın göstərilməsini  nəzərdə tutur. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR