Obama G20 sammitində iştirak edəcək
ABŞ prezidenti Barak Obama, Antalyada keçiriləcək G20 sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyəyə gedəcək.
Avropa.info xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Obamanın 14-22 noyabr tarixləri arasında Türkiyə, Filippin və Malayziyada rəsmi səfərlər keçirəcəyi bildirilir.
Obama Antalyada keçiriləcək G20 liderlərinin sammitində iştirak etdikdən sonra Filippində keçiriləcək olan Asiya Sakit okean İqtisadi Əməkdaşlıq sammitində iştirak edəcək.
Oradan ayrıldıqdan sonra isə ABŞ prezidenti Malayziyada ABŞ-Asiya sammitində və Şərqi Asiya sammitində iştirak edəcək.






