İnsanlara hürriyət, millətlərə istiqlal!

OBAMA “ƏL-QAİDƏ”nin KÖKÜNÜ KƏSƏCƏYİNİ BİLDİRİR

696 18.11.2008 07:22 Dünya A A
Yeni prezident deyib ki, indi onun vəzifəsi mümkün qədər tez bir müddətdə  yeni administrasiyanın milli təhlükəsizlik məsələləri ilə məşğul olan blokunu formalaşdırmaqdır. Çünki hakimiyyətin bir komandadan digərinə keçməsi dövrü terror aktlarını həyata keçirmək üçün münasib hesab olunur: “Biz əmin olmaq istəyirik ki, işlərin təhvil alınması heç bir problem olmadan baş verəcək”. Obama komandasında kimləri görmək istədiyi haqda onda artıq müəyyən qənaət formalaşdığını da bildirib. O əlavə edib ki, komandasının tərkibini tezliklə açıqlaya bilər. Obama onu da deyib ki, yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayan kimi onun birinci vəzifəsi  İraqdan qoşunların çıxarılması üçün hazırlıqlara başlamaq olacaq. “Mən Ağ Evə rəhbərlik etməyə başlayan kimi birləşmiş qərargah rəisləri komitəsinin üzvlərini, milli təhlükəsizlik üzrə müşavirlərimi toplayaraq İraqdan qoşunların çıxarıması planını hazırlamağı tapşıracağam. Birinci növbədə qoşunların çıxarılması bizim Əfqanıstanda üzləşdiyimiz problemlərlə bağlıdır. Çünki orada vəziyyət getdikcə pisləşir. Biz Əfqanıstanda daha böyük səylər göstərməliyik”, - deyə Obama söyləyib. Yeni seçilmiş prezident onu da deyib ki, Quantanamo həbsxanasının bağlanmasında qərarlıdır: “Bu, Amerikanın dünyadakı imicini yaxşılaşdırmaq səylərinin bir hissəsi olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR