İnsanlara hürriyət, millətlərə istiqlal!

"O, səmimi qadın deyil, məni ilan adlandırırdı" - Minadan qalmaqallı sözlər

2188 18.09.2019 18:23 Şou-biznes A A

Müğənni Mina Hüseyn “Tolik ilə səmimi” layihəsinin qonağı olub. 

Musavat.com xəbər verir ki, o, şairə Nazilə Səfərli barədə gözlənilməz açıqlamalar verib: “Maşın” şouda səs toplayaraq, bir nəfəri çıxarmağa haqq qazandım. Nazilə Səfərlini çıxarmaq istəyirdim. O səmimi qadın deyil. Mən sakit dayanırdım. Amma mənə deyirdi ki, sən ilansan. Səs toplayandan sonra dedim ki, Nazilə xanım siz mənə ilan deyib, həşəratlara bənzətsəniz də, mən pis insan deyiləm. Kaş, onu oyundan uzaqlaşdırardım. Oyundan getdiyim üçün Murad Dadaşov incidi, məndən... Həmin ərəfədə  “O səs Türkiyə”yə də qatılmışdım. Mənə zəng gəldi ki, sənin biletin alınacaq, yarışmaya gələsən. Mən də “Maşın”dan öz istəyimlə getdim. Sonra dedilər ki, “O səs Türkiyə”dən uzaqlaşdırılmışam. Axşamdan səhərə kimi ağladım”.

Könül,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR