İnsanlara hürriyət, millətlərə istiqlal!

"O polisi kamera önünə çıxarıb, üzr istətmək lazım idi" - VİDEO

1427 22.06.2023 03:00 Gündəm A A

Jurnalist Fuad Abbasov "TV Musavat"ın efirində yayımlanan “Canlı debat” verilişində Gədəbəydə baş verən hadisədən danışıb.

Musavat.com-un xəbərinə görə, jurnalist bildirib ki, həmin polis üzr istəməlidir.

"O polisi kamera önünə çıxarıb, üzr istətmək lazım idi" - jurnalist deyib.

Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, polis əməkdaşı qadına qarşı ciddi qəbahətə yol verib, bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək.

Verilişin sözügedən hissəsini təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR